”Müasir Azərbaycandan Tarixi Şirvanşahlar Dövlətinə Səyahət” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilmişdir

Oktyabr ayının 23-24-də Bakı şəhərində Azərbaycan Respublikasının Nazirlər Kabneti yanınında İçəri şəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə ”Müasir Azərbaycandan Tarixi Şirvanşahlar Dövlətinə Səyahət” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilmişdir

Konfransda müxtəlif ölkələrdən yüzə yaxın elm adamları iştirak etmişlər. Konfransın açılış mərasimi 23 oktyabr 2018-ci il tarixdə Bakı Konqres mərkəzində keçirilmişdir.

Açılış mərasimində Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, Mədəniyyət Naziri cənab Əbülfəs Qarayev və müxtəlif rəsmi şəxslər konfrans iştirakçılarını salamlamışdırlar.

Qeyd edək ki, tədbirdə Qoruğumuzu direktor Məhərrəm Müslümov təmsil etmişdir.Konfransın açılış mərasimindən sonra mərkəzin sərgi salonunda ölkəmizdəki bəzi tarixi abidələrin maketləri nümaiş etdirilmişdir. Qurur verici haldir ki, ”Pir Hüseyn Xanəgahı”nın da maketi xarici və yerli iştirakçılar arasında böyük marağa səbəb olmuşdur.Bundan başqa “Pir Hüseyn Xanəgahı”nın Gürcüstan Dövlət Muzeyndə saxlanılan kaşı parçalarının nümaişidə iştirakçılar arasında çox böyük marağa səbəb olmuşdur.

Konfransın 2-ci günü iştirakçıların elmi çıxışları dinlənilmiş və yekun diskusiyalar aparılmışdır. 24.10.18-ci ildə konfransın təntənəli bağlanış mərasimi keçirilmişdir

Qoruğun bələdçisi:  Süleymanova Zəhra

Spread the love