Əmrlər

23 may 2016- cı il tarixində Mədəniyyət və Turizm Naziri Cənab Əbülfəs Qarayevin Müvafiq əmri ilə Qoruğun Baş Mühəndisi M.Müslümov qoruğa direktor təyin olmuşdur.

Qısa tərcümeyi hal :

Məhərrəm Əli oğlu Müslümov 1973- cü il 13 fevralda Hacıqabul rayon Qubalıbaloğlan kəndində anadan olmuşdur.

1990- cı ildə Qubalıbaloğlan kənd orta məktəbinin 10- cu sinifini bitirmiş və həmin ildən “Pirsaat Qışlaqlarında su ilə Təminatı sisteminin istismarı idarəsində çilingər kimi əmək fəaliyyətinə başlamışdır.

1991- ci ildə C. İldırım adına Azərbaycan Politexnik inustitutuna daxil olmuşdur.

1996- cı ildə Azərbaycan texniki universitetinin  Mühəndis- Mexanik ixtisası üzrə tam kursu  bitirmişdir. Ali təhsildən sonra yenidən əmək fəaliyyətini davam etdirmişdir.

2005- ci ildən “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğu yarananda müvafiq əmrə qədər həmin qoruğun Baş mühəndisi ( direktor müavini ) vəzifəsində çalışmışdır. Evlidir 3 övladı var.

Azərbaycan Respublikası Mədəniyyət Naziri

ƏMR

Bakı şəhəri                        № __19                            “22”       Yanvar          2004-cü il

Hacıqabul rayonunu Qubalı Baloğlan kəndi yaxınlığında yerləşən Pir Hüseyn xanəgahı kompleksi ( inv. № 219-223) və orta əsrlərə aid qədim qəbirstanlıq ( inv. № 5817) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.08.2001- ci tarixli 132 № -li qərarı ilə ölkə və yerli  əhəmiyyətli abidələr kimi dövlət tərəfindən mühafizə olunur.

XI – XIV  əsrlərdə formalaşmış Pir Hüseyn xanəgahı kompleksi Şirvan memarlıq məktəbinin bariz nümunəsidir. Azərbaycanın tarixində Pir Hüseyn xanəgahının və onun ətrafındakı qədim qəbrstanlığın əhəmiyyətini nəzərə alıb, 10 aprel 1998 – ci il tarixli  “ Tarix və Mədəniyyət Abidələrinin Qorunması haqqında “ Azərbaycan Respublikası Qanununun 22 – ci və 6 fevral 1998-ci il tarixli “ Mədəniyyət haqqında “ Azərbaycan Respublikası Qanununun 28 maddələrinə əsaslanaraq

Əmr edirəm : 

1.Hacıqabul rayonunun Qubalı Baloğlan kəndi yaxınlığında yerləşən ölkə    əhəmiyyətli memarlıq  abidəsi ( inv. № 219- 223 ) Pir Hüseyn xanəgahı kompleksi və orta əsrlərə aid yerli əhəmiyyətli arxoloji abidə ( inv. № 5817) olan qədim qəbiristanlığın əraziləri tarix- memarlıq qoruğu elan edilsin.

2.Abidələrin qorunması və istifadəsi şöbəsi ( R. Bayramov) Pir Hüseyn xanəgahı tarix-memarlıq qoruğunun sərhədlərini, onun mühafizə zonasını Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsi və Hacıqabul rayon İcra Hakimiyyətinin iştirakı ilə bir ay müddətində müəyyən etsin.

3.“Pir Hüseyn xanəgahı” tarix –memarlıq qoruğu əməyin ödənilməsi üzrə III qrupa aid edilsin.

4.İqtisadiyyat şöbəsi (D. İbrahimova) Pir Hüseyn xanəgahı tarix –memarlıq qoruğuna ştatların ayrılması və qoruğun saxlanılması xərcləri üzrə təkliflər versin.

5.Abidələrin qorunması və istifadəsi şöbəsi (R. Bayramov), Kadrlar və mütəxəsislərin hazırlanması şöbəsi (P. Babayeva) Hajıqabul rayon mədəniyyət şöbəsi (R. Məmmədov) birlikdə Qoruğun direktoru vəzifəsinə müvafiq namizəd tövsiyə etsinlər.

6.Abidələrin qorunması və istifadəsi şöbəsi (R. Bayramov), Nazirin aparatının baş məsləhətçisi (Ş. Nəsirov) müvafiq idarələrlə birlikdə bir ay müddətində Pir Hüseyn xanəgahı tarix-memarlıq qoruğunun Əsasnaməsini hazırlayıb təsdiqə təqdim etsinlər.

7.Əmrin icrasına nəzarət nazir müavini Ə. Vəliyevə tapşırılsın.

 Polad Bülbüloğlu

Spread the love