9 Noyabr Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda “Dövlət Bayrağı Günü” qeyd olunmaqdadı.

Hər il olduğu kimi bu ildə Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda “Bayraq Günü” təntənə ilə qeyd edilir.

Bu əlamətdar gün münasibətilə guşə hazırlanaraq tədbir təşkil edildi.Tədbiri giriş sözü ilə açan qoruğun Elmi işçisi Cəfərov Zaur Bayraq günü haqqında geniş məlumat verdi.O, bildirdi ki, Azərbaycan Respulkiasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.Həmin bayraq 1990-ci ildə noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilib.1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında”Qanun qəbul edərək onu Dövlət Bayrağı elan edib.

Sonra çıxış edən qoruğun Bələdçisi Zəhra Süleymanova qeyd etdi ki,Dövlət bayrağı respublikanın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır.Daha sonra o,qeyd etdi ki,Azərbaycan Respublikası Prezidentinin,Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində “Dövlət Bayrağı meydanının yaradılması haqqında” 2007-ci il noyabr tarixli Sərəncama əsasən Bakının Bayıl qəsəbəsində dünyanın ən hündür bayraq dirəyi inşa edilib.

Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Spread the love