“ 12 Noyabr Konstitusiya Günüdür ”

Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 23 il ötür.Bu tarixi gün Azərbaycanın hər yerində qeyd olunmaqdadır.Belə yerlərdən biridə Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğudur.

Bu gün münasibəti ilə Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda tədbirlər planı hazırlanaraq tədbir təşkil edildi.Tədbirdə qoruq əməkdaşları ilə yanaşı Hacıqabul rayon 5 saylı və Sabirabad rayon Şəhriyarlı kənd tam orta məktəbin şagird və müəllim kollektivi iştirak edirdi.

Tədbir iştirakçılarına qoruğun Bələdçisi İsmayılov Mirislam günün mahiyyəti haqqında ətraflı məlumat verdi.

Sonra məktəblilər qoruğun ekspozisiya zalında yaradılmış sərgi və kitabxanaya baxış keçirdilər.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkildi.

Hər bir xalqın yaratdığı dövlətin qüdrəti onun milli iradəni nə dərəcədə ifadə etməsilə ölçülür. Demokratiya yeni dünya nizamına uyğun olaraq, bir dövlətin öz milli iradəsinə qarşı beynəlxalq güclərə etdiyi güzəştlər sistemi deyil, əksinə, milli sınaqlar sistemi və bu çərçivədə öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üçün yaratdığı sarsılmaz təminatdır. Məhz belə bir tarixi sınaqda xalqımız ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında özünün strateji seçimini etmişdir. Müstəqil respublikamızın müdrik rəhbərinin bilavasitə təşəbbüsü və müəllifliyi ilə hazırlanmış ilk milli Konstitusiyası çağdaş dünyanın ən mütərəqqi konstitusiyalarından biri olmaqla, suveren dövlətçilik tariximizdə yeni mərhələ açmış, dövlət quruculuğu, iqtisadiyyat və ictimai – siyasi həyatda dinamik inkişafa güclü təkan vermişdir.

Azərbaycan ilk milli Konstitusiyası ilə qanunçuluğu ideya və dəyərlər sistemi kimi təsbit etmişdir. Beləliklə, dövlətin və cəmiyyətin hüquqla sıx bağlılığı, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması vasitəsilə xalqın hakimiyyət funksiyalarının həyata keçirilməsində iştirakı, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, sosial ədalətə nail olunması, ümumbəşəri

dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və s. proseslərə geniş yol açılmış, ictimai, siyasi və iqtisadi həyatın hüquqi bazası müəyyənləşmişdir.

12 noyabr 1995-ci il xalqımızın və dövlətimizin tarixində konstitusionalizm məfkurəsinin qəti qələbəsi deməkdir. Çoxəsrlik dövlətçilik ənənəsi olan bir xalq üçün bu qələbə istiqlaliyyətin və ərazi bütövlüyünün, vətəndaş cəmiyyəti quruculuğunun, hüquqi dünyəvi dövlətçiliyin, sosial rifahın, beynəlxalq sistemdə suveren hüquq subyekt kimi tanınmağın əsasını qoymuşdur. Milli intibah ruhu ilk milli Konstitusiyamızın məğzini təşkil edir. Ümummilli lider Heydər Əliyev məhz bu amili nəzərə alaraq qəti şəkildə deyirdi: “Müstəqilliyimiz əbədidir!”

Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanı bürüyən ümumi xaos və tənəzzül prosesi məhz Heydər Əliyevin hadisələrə tarixi müdaxiləsi sayəsində özünün hüquqi məcrasına salınmışdır. Azadlıq və hüquq uğrunda mübarizə tarixində bu qədər qısamüddətli zəfər nümunəsi yoxdur. Ulu öndər Heydər Əliyev xalqın istək və amalına konstitusion istiqamət verərək, milli tariximizi siyasi intibah mərhələsinə qaldırdıdı və sözün əsl mənasında, məhz bu tarixi mərhələdə millətin yaradıcı qüvvələri sərbəst buraxıldı, ictimai- mədəni və iqtisadi həyatda differensiya və plüralizm baş verdi.

Müstəqil Azərbaycan Respublikası öz banisi və qurucusunun ölməz siyasi kursuna daim sadiqdir. Ulu öndərin layiqli siyasi varisi, Azərbaycan dövlətinin başçısı, Prezident İlham Əliyevin ölkədə qanunçuluğun möhkəmləndirilməsi və cəmiyyətdə ümumbəşəri dəyərlərin tanınması bazasında kompromis və konsensusun yaradılması istiqamətində geniş və ardıcıl fəaliyyəti gənc müstəqil respublikamızı nüfuzlu dövlətlər sırasında önəmli yerə çıxarmışdır. Bu baxımdan, Konstitusiyamızın hüquq müdafiə sferası – qanunçuluğun təkmilləşdirilməsi, Konstitusiyaya düzəlişlər aparılması qaydaları, nəzarət-yoxlama tədbirləri (parlament, idarəetmə orqanları, ictimaiyyət, prokuror nəzarəti), müdafiə tədbirləri, məsuliyyət tədbirləri getdikcə ictimai həyatın bütün qatlarına, cəmiyyətin bütün təbəqələrinə nüfuz edir və ictimai birgəyaşayışın və fəaliyyətin hüquqi sabitliyinin əsasına çevrilir.

Prezident İlham Əliyev məhz bu çətin, lakin şərəfli irsin layiqli varisi kimi yorulmadan fəaliyyət göstərir, ölkədə konstitusionalizmin əbədi qərarlaşmasının, qanunlarımızın aliliyinin qarantı kimi çıxış edir. Bu gün ölkəmiz əsl demokratiya,

ümumi rifah və azadlıq məkanı kimi yaşayır və inkişaf edir. Bu tərəqqinin müqəddəm şərtləri Heydər Əliyev kimi siyasi xadimi bəşəriyyətə bəxş etmiş xalqın geniş intellektual potensialı, tarixi dözümü və mənəvi dəyanətidir.

Spread the love