Yaponiyalı səfir ” Pir Hüseyn Xanəgahı” nda olmuşdur.

 07.12.2018 tarixində Yaponiyanın Respublikamızdakı Fövqəladə və Səlahiyyətli səfiri Teruyuki Katore ailəsi ilə “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda olmuşdur.Yaponiyalı qonaqlara qoruğun direktoru Məhərrəm Müslümov tarixi abidə haqqında ətraflı məlumat vermişdir.
     Onlar qoruqla tanış olduqdan sonra öz təəssüratlarını bildirmişlər.Cənab Səfir öz nitqində bildirmişdir ki,qoruğda aparılan abadlıq və səliqə-səhman işləri göz oxşayır.Səlahiyyətli səfir bu işlərə görə qoruğun direktoru Məhərrəm Müslümova öz minnətdarlığını bildirmişdir.
     Cənab səfir qoruğdan xoş təssuratla ayrıldığını və bu tarixi abidəyə yenidən gələcəyini bildirmişdir.

Spread the love