Xocalı Soyqırımı – əsrin faciəsi tədbir 2016

    Hər il olduğu kimi bu il də Hacıqabul Rayon Pir Hüseyn Xanəgahı Tarix-Memarliq Qoruğu inzibati binasında qoruğun direktoru  əvəzedicisi olan Məhərrəm Müslümov Xocalı Soyqırımının 24 cü- il dönümünə  həsr  olunmuş tədbir təşkil etdi.Tədbirdə qoruğun Baş fond mühafizi əvəzi Arzu imanova çıxış etdi .O öz çıxışı zamanı bir daha Xocalı faciəsini hər kəsin gözləri önündə canlandırdı.     Xocalı faciəsi ilə əlaqədar rayonun bir sıra mərkəzlərində,məktəblərdə eləcədə Hacıqabul rayon Tarix diyarşünaslıq muzeyində geniş təbir kecrildi.Tədbirdə qoruğ direktoru əvəzedicisi Məhərrəm Müslümov qoruğun əməkdaşlarınında iştarkını təmin etdi. Tədbirdə  muzeyin direktoru Məhəmməd isayev çıxış etdi və xocalı soyqırımının video lenti təbir iştrakçılarına təqdim olundu, daha sonra məktəblilərin Azərbaycanın tarixinə ən dəhşətli və faciəli səhifə kimi daxil olmuş Xocalı soyqırmı ilə əlaqədar sərgi təşkil olundu.”Xocalı-Qan yaddaşımız ”və “Xocalı soyqrımı –XX əsrin faciəsi”adlı rəsmlər nümayış olundu .     Tədbir iştirakçıları ümummilli hüzn günündə bir daha Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla  yad etdilər,bütün şəhidlərimizə Allahdan rəhmət dilədilər. Sonda isə öz adımdan və kollektivimiz adından Xocalı soyqırımının bu kədərli iyirmi dördüncü  il dönümü günündə Xocalı şəhidlərinin əziz xatirəsini bir daha yad edir, onlara Allahdan rəhmət diləyir, həlak olanların yaxınlarına, doğmalarına, bütün Azərbaycan xalqına bir daha  dərin hüzünlə baş sağlığı veririk














Spread the love