17 mart Hacıqabul rayon Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğunda “Novruz şənliyi” keçrilmişdir

17 mart Hacıqabul rayon Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qorugunda “Novruz şənliyi” keçrilmişdir. “Novruz” fars sözü olub, “yeni gün” deməkdir. Novruz bayramının mənşəyi qədimdir. Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Bəzi qədim inanclara görə kainat 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlar da “Ab, atəş, xak, badan yarandım” deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan. 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.Bu münasibətlə Hacıqabul rayon Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğunda da Novruz şənliyi keçirilmişdir.








Spread the love