31 mart Azərbaycanlıların Soyqırımı ilə əlaqədar Hacıqabul Rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda tədbir

31 mart Azərbaycanlıların Soyqırımı ilə əlaqədar Hacıqabul Rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda guşə təşkil edilmiş və gələn ekskursiyaçılara ətraflı məlumat verilmişdir.

Mart soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. 1919-cu və 1920-ci illərin mart ayının 31-i iki dəfə Azərbaycan Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. 26 mart 1998-ci il tarixli sərəncam ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdir. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etmişdir.

Mahiyyətcə milli soyqırım olan “Mart döyüşləri” Bakı Sovetinə qısa müddət ərzində vəziyyətə nəzarət etmək imkanı versə də, əhali arasında sovetlərə qarşı kin-küdurəti daha da artırdı, Azərbaycanda sovetləşmə ideyasına zərbə vurdu.










Spread the love