“BU GÜN 20 YANVAR FACİƏSİNİN 29-CU İLDÖNÜMÜDÜR”

Zaman-zaman Azərbaycan torpaqları,eləcə də Azərbaycan xalqı düşmən ölkələrinin hücumlarına məruz qalmışdır.Bu faciəvi hadisələr,xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.Təpədən –dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzimini itirməmiş,əksinə haqq səsini daha ucadan bəyan etmişdi. Belə tarixi günlərdən biri də “20 Yanvar” faciəsidir ki,Azərbaycan xalqı bu günü fəxrlə anmaqdadır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası Üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda bu tarixi gün qeyd edilməkdədir.Tədbirlər planına uyğun olaraq,14-20.01.19 tarixlərində qoruğa gələn ekskursiyaçılara “Qanlı Yanvar” haqqında məlumatlar verilmiş və 19.01.19 tarixində “Qanlı Yanvar faciəsi 29-cu ildönümünə ” nə həsr olnumuş tədbir keçirilmişdir.

Tədbirdə qoruq əməkdaşları ilə yanaşı orta məktəblərin şagird və müəllim kollektivi də iştirak etmişlər.Qoruq əməkdaşları günün mahiyyəti haqqında geniş məruzələrlə çıxış edərək,tədbir iştirakçılarına ətraflı məlumatlar vermişlər.Məruzələrdə qeyd olunub ki,1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda və digər rayonlarda həyata keçirdikləri qırğınlarda 147 nəfər öldürülmüş,744 insan yaralanmışdır.Öldürülənlər arasında 20-dən çox qadın,uşaq var idi,xəstəxanalar,“təcili yardım” maşınları atəşə tutulmuş,həkimlər qətlə yetirilmişdir.

Tədbirin gedişində Heydər Əliyevin hakimiyyətə qayıtmasından eləcə də “20 Yanvar Faciəsinin ümumxalq hüzn günü” kimi qeyd olunmasında Ümummilli liderin xüsusi rolunun olmasından danışılmışdır.

Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəlmiş,20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atılmışdır.Məhz Ulu Öndərin Sərəncamı ilə 20 Yanvar ümumxalq hüzn günü elan olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısıdır ki,Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin,şəhid ailələrinin,əlillərin problelərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub.Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir.Şəhid ailələrinin,əlillərin sosial təminatını ildən-ilə daha da möhkəmləndirilir.

Vətən uğrunda canlarını qurban vermiş mərd,igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs and yerinə,milli iradəmizin şanlı salnaməsinə çevrilib.Şəhidlər xiyabanı azadlığımızın,müstəqilliyimizin,milli birliyimizin rəmzi kimi bundan sonrakı nəsillər üçün də bir qürur mənbəyi olacaq.

Allah şəhidlərimizə rəhmət etsin.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkildi.

Spread the love