Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda yay turizm mövsümünə hazırlıq

Bildiyiniz kimi son zamanlar ölkəmizdə turizm sənayesinin daha sürətlə inkişaf

etdirilməsindən ötürü təxirəsalınmaz tədbirlər götürülməkdədir.Ölkə Prezidenti Cənab İlham Əliyev demək olar ki, bu mövzu üzrə hər çıxışında ölkəmizə turist axınının çoxalması və bütün lazımı tədbirlərin görülməsi üçün vacib olan işlərin dərhal görülməsini qətiyyətlə qeyd edir. Bundan əlavə Mədəniyyət Nazirliyinin 2018-ci ilin yekunlarına dair geniş hesabat yığıncağında Hörmətli Cənab Nazir dəfələrlə qeyd etmişdir ki, Mədəniyyət Nazirliyinin strukturuna daxil olan tarix mədəniyyət abidələrinə turist axınını gücləndirmək üçün bütün lazımı tədbirləri təxirə salmadan görmək lazımdır.

Son zamanlar Mədəniyyət Nazirliyində gedən sturuktur dəyişikləri ilə əlaqədar olaraq Nazirliyin tabeçiliyində olan tarix mədəniyyət qoruqları bilavasitə Nazirliyin tabeliyinində fəaliyyət göstərən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəçiliyinə verilmişdir. Buna misal olaraq Dövlət Xidmətinin rəisi Zakir Sultanov 29.09.2018 tarixində şəxsən Hacıqabul rayon”Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda da olmuş, işin gedişi ilə yerindəcə tanış olmuş, problemlərimizlə maraqlanmış, lazımı tapşırıq və tövsiyələrini vermişdir. Bu səfərdən sonra hər ayın sonunda qoruqda görülən işlər barədə xidmətə hesabat verilir.

Yay turizm mövsümünə hazırlıqla əlaqədar olaraq qoruğa gələn turistlərin rahatlığını təmin etmək məqsədilə həlli vacib olan bir sıra işlər görülmüşdür.Buna misal olaraq Bakı-Qazax maqistral yolundan qoruğa qədər olan 18-km.lik yolda 3-ədəd yol göstəricisi yerləşmişdir.

 

Qoruğun həyətində Azərbaycan Respublikası dövlət bayrağı və dövlət rəmzlərini əks etdirən lövhə yerləşdirilmişdir.Qoruğun həyətindəki baxçanın suvarılması üçün yaxınlıqdakı Pirsaat çayından firat borular vasitəsilə su xətti çəkilərək istifadəyə verilmişdir. Həmən baxçada 150-yə qədər yeni meyvə ağacları əkilmişdir.

Abidənin məscid hissəsində işıqlandırma sistemi tamamilə yenilənmiş,orada eksponatların nümaişi üçün yerləşdirilmiş streliyajlara yeni işıqlar çəkilmiş və onların daha effektli nümayiş olunması təmin edilmişdir.

Bundan əlavə qoruq ərazisində büdcədənkənar vəsait hesabına köməkçi otaqların tikintisi başa çatdırılmışdır.Çalışacağıq ki, bundan sonra da rəhbərliyin verdiyi tapşırıqları təxirə salmadan yerinə yetirib,qoruğumuza gələn yerli və xarici turistlərin tariximiz haqqında müfəssəl məlumat almalarını da effektli şəkildə təmin edək.

Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı”nın tarix-memarlıq qoruğunun direktoru: Müslümov.M

Spread the love