“ 26 Fevral Xocalı faciəsinin 27-ci ildönümüdür”

26 Fevral 1992-ci il.Bu tarix Azərbaycan xalqının həm yaddaşına,həm də tarixinə qanlı soyqırım kimi yazılmışdır.O gecə dəhşət yaşadı Xocalı.Elə bir dəhşət ki,hələ yer üzü belə müsibət,belə vəhşilik görməmişdi.Bu müsibəti ancaq mərhəmət hissini itirmiş vəhşi ermənilər törədə bilərdilər.Onlar Xankəndində qərar tutmuş keçmiş sovet ordusuna məxsus hərbi hissələrin,ələlxsus da 366-cı alayın iştirakı ilə dinc insanların üstünə hücum çəkərək və əslində soyrırım törədərək bir şəhəri yer üzündən sildilər.Ermənilər törətdikləri vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil.Bu vəhşiliklər həmişə hər yerdə özlərini “məzlum,yazıq,türklərin təqiblərinə məruz qalan bir xalq” kimi təqdim edən erməni xislətini,iç üzünü açıb bütün dünyaya göstərdi.

Ölkəmizin paytaxtı Bakıda Xocalı qurbanlarının xatirəsinə bir abidə ucalıb.Abidə rəmzi məna daşıyır.Burada arzuları gözündə qalan balasını başı üstünə qaldıran ananın fəryadı təsvir olunub.Bu vətən rəmzi olan anasının öz övladlarına qarşı sevgisinin bir nümunəsidir.

Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətələrimizin xatirəsi faciənin 27-ci ildönümündə azərbaycanın hər yerində eləcə də dünyanın bir çox yerlərində qeyd edilməkdədir.Belə yerlərdən biri də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası Üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğudur.Ənənəyə sadiq qalaraq bu günün qeyd olnuması üçün “Pir Hüseyn Xanəgahının” ekspozisiya zalında guşə hazırlanmışdır.Tədbirlər planına uyğun olaraq qoruq ərazisinə gələn ekskursiyaçılara qoruqla yanaşı “Xocalı soyqırımı” haqqında geniş məlumatlar verilmişdir.25.02.19. tarixində ekspozisiya zalında tədbir təşkil edilərək şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilmiş və günün mahiyyəti haqqında geniş çıxışlar edilmişdir.Tədbirin davamı olaraq 26.02.19. tarixində qoruğun kollektivi Qubalıbaloğlan kəndində olan “Şəhidlər xiyabanını” və “Türk-Azəri məzarlığı” kompleksini ziyarət etmiş,şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilmiş,şəhidlərin məzarına tər güllər qoyulmuşdur.
Allah şəhidlərimizə rəhmət etsin.

Şəhidlər ölməz
Vətən bölünməz

Spread the love