Sorğu kitabçası

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Hacıqabul Rayon Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğu

Böyük sufi şeyxi, görkəmli alim, filosof, Azərbaycanda  elmi fəlsəfi fikir tarixində, islam- fəlsəfi dünyagörüşünün formalaşmasında, mühüm rol oynamış Pir Hüseyn Şirvaninin məzarı ətrafında formalaşan xanəgah kompleksi, Hacıqabul rayonu ərazisində, Bakının 127 kmdə, Pirsaat çayı sahilində, qədim Bakı-Salyan ticarət karvan yolu üzərində yerləşmişdir. Memarlıq-məkan həllinin mükəmməlliyi, funksional yükün samballığı baxımından ölkə əhəmiyyətli abidə olan Pir Hüseyn Xanəgahı Azərbaycan ərazisində olan xanəgahlar arasında yüksək mövqey tutur.

Xanəgah kompleksinə türbə, məscid, minarə, ziyarətçilərin qalması üçün binalar, tövlə, tikililəri əhatə edən qala divarları, karvansaray, orta əsrlərə aid türbə, hücrələr və qədim qəbrstanlıq daxildir. Pir Hüseyn türbəsinin bütün daxili divarları və bu otağın içərisindəki qəbr sənduqəsi vaxti ilə, çox böyük bədii ustalıqla düzəldilmiş kaşı sənətinin xüsusi bir növü ilə hazırlanmış ornament və yazılarla bəzəkli olmuşdur. Şeyx Pir Hüseyn Şirvaninin türbəsi meymarlıq kompleksinin şimal –  qərb  bucaqında qala divarına bitişik tikilmişdir. Böyuk yazı qurşağında türbənin zəngin bəzəg işinin tamamlanma tarixi hicri 684 ci il (1285) göstərilmişdir. Bu tarix bir neçə səkkiz bucaqlı ulduzun yelən yazılarında aşkar edilmiş, sonuncu tarixlə üst-üstə düşür.

Şeyx Pir Hüseynin kiçik ölçülü türbəsini dünyada məhşurlaşdıran onun interyerində ziyarətgah üçün zəruri olan çox təsirli ruhsal mühit yaradan kaşı bəzəyi olmuşdur. Elə bu zəngin və gözəl bəzəyin hesabına ziyarətgah- ulu Şeyxin türbəsi memarlıq kompleksinin ideya-bədii mərkəzinə çevrilmişdir. Türbə interyerində ölçü kiçikliyinin yaratdiğı darısqallığı parlaq və əlvan boyalı, dürlü ornamental memarlıq bəzəyi ilə kompensasiya etmiş ustalar elin müqəddəs saydığı Şeyxin qəbri çərçivəsində əsl simvolik cənnət yarada bilmişdilər. Naxış, yazı və rənglərin formalaşdırdığı bu ilahi ruhsal mühit xanəgaha gələn ziyarətçilərdə böyük psixoloji emosional ruh və dərin inam doğururdu.

Xanəgahın ümumi həcimindən yuxarı yüksələn minarə kompleksin funksuyasına müəyyən aydınlıq gətirirdi.Həyətin və bütün kompleksin dominatı olan minarə Şirvan bölgəsində minarə kompozisiyasının yeni mərhələsini əks etdirirdi.

Xanəgahın minarəsinin giriş qapısı üzərində  XIII əsr üçün səciyyəvi olan süls xətti ilə qoyulmuş böyük bir daş kitabədə bildirilir ki “Ulu Şeyx Pir Hüseynin xanəgahında olan bu minarə tikilisi ədalətli padışah Menku Buqa Xaqanın dövründə … Arqun ağanın vəsaiti və yardımı ilə ucaldılmışdır”.

Silindirik gövdəli minarənin səkkiz üzlü təməlində giriş qapısından sol tərəfdə onun Şirvanşah II Əxsitanın hakimiyyəti dövründə hicri 654/ miladi 1256-cı ildə ucaldığını bildirən məlumat daş kitabə şəklində minarəyə daxil edilmişdir.

Minarənin silindirik gövdəsi üstündə,stalaktik karnizinin altında olan başqa bir kitabədə Şirvanşah Gərşasb ibn Əxsitanın əmri ilə hicri 693\ miladi 1249-cu ildə tikildiyini göstərir.Ondan sağdakı daş lövhədə oyulmuş iki sətirlik yazıda “Minarənin memarı Şəmsəddin Məhəmməd Əbül Abbas,Mahmud İbn İbrahimin əməli” məlumatı həkk olunmuşdur.Bu kitabələr göstərir ki, minarənin inşaatı 1256 –cı ildə Şirvanşah II Əxsitanın zamanında başlamış və 1294-cü  ildə onun oğlu Gərşasb tərəfindən tamamlanmışdır.

Bərpa işlərini kitabədə deyildiyinə görə, memar Şəmsəddin İbn Mahmud,inşaatçı Mahmud İbn İbrahim aparmışlar.

Xanəgahın tarixcə ən qədim kitabəsi indi giriş qapısı üzərində olmuşdur.6 daş lövhədən yığılan həmin giriş kitabəsində  bu tikintinin hicri 641/ miladi 1243-cü ildə başa çatdırıldığı bildirilir.MEA-nın Tarix Muzeyində saxlanılan başqa kitabədə isə “ bu tikintinin memarı Şeyxzadə Həbubulla ibn Şeyx Hacı Məhəmməddir”.1861-ci ildə görkəmli şərqşünas B.Dorn bu kitabə haqqında məlumat verərək qeyd etmişdir ki,daş kitabə “məscidin girişi önündə düşüb qalıb”.

Pir Hüseyn Xanəgahının böyük bədii dəyəri olan gəc oyma naxışlı mehrabı 1940-cı ildə MEA-nın N,Gəncəvi adına Ədəbiyyat  muzeyinə aparılaraq orada divara quraşdırılmışdır.Mehrabın yaşıl kaşı çubuqlarından yığılmış kitabəsində Şirvanşah Əbulfəth  Fərruxzad  ibn Əxsitanın adı və inşaat tarixi hicri 655 / miladi 1266 / 67 –ci il həkk olunmuşdur. Pir Hüseyn türbəsi və ona bitişik məscidin əsası yəqin ki,  XI-ci əsrdə qoyulmuşdur.Hazırda Peterburqda Dövlət Ermitajında,Gürcüstanda İncəsənət Muzeyində,Bakının Nizami muzeylərində toplanmış xanəgahın kaşıları əsasən dördkünc frizdən və pannonu təşkil edən çoxlu kiçik səkkiz bucaqlı ulduz və xaçvari hissələrdən ibarətdir .Xanəgahın kaşı bəzəklərinin ən gözəl hissəsini pannonun  yuxarısını 11  m uzunluqda haşiyələnən dörd bucaqlı kaşı hissələri təşkil edir.

Müxtəlif məsamələrdə (qabarıq,batıq) verilən nəbati orlament motivləri və ərəb əlifbasının nəsx xətti ilə yazılmış yazılar bu kaşıların əsas bəzək xüsusiyyətlərini təşkil edir.

Ağ,yaşıl,firuzəyi,mavi rənglərlə boyanmış bu kaşıların üzərindəki nəbati naxışlar,..yarpaq,gül,çiçək,qıvrım budaqlardan təşkil edilmiş yazılarda isə şer və Qurandan götürülmüş bəzi dini sözlər verilmişdir.Şərqşünaslar kaşılarda rast gəlinən sözlərin Xaqani Şirvaniyə və Cəlaləddin Rumiyə məxsus olduqlarını qeyd edirlər.

Pir Hüseyn Xanəgahının kiçik hərfli kaşıları da bəzək baxımından diqqəti cəlb edir.

Bunların içərisində səkkiz bucaqlı kaşılar xüsusi ilə bəzəklidir,çünki mavi boyalı xaçvari kaşılar vaxtı ilə Pir Hüseyn Xanəgahının divarında fonn rolunu oynamışdır.Bundan əlavə bu kaşılar üzərində qiymətli mənbə sayılan bir mənbə vardır.Bu kaşıların qurulduğu ili bildirən 684 hicri (1285 ) tarixidir.Məscidin içərisində insanın ruhunu oxşayan çox gözəl abu hava vardır. Məscid orijinal üsullu qəbul zalı ilə tamamlanır.

Xanəgahın dörvrələyən qala divarlaı içərisində oqədər iri olmayan,həcmli baştağ şəkilində həll edilmiş giriş qapısı mürəkkəb konfiquriyasiyalı,daş döşəməli iç həyətə açılır. Onunla üz-üzə məscidin giriş qapısı yerləşir. Həyəti dövrələyən bina və yerləşgələrin hamısı tağbəndlə örtülü olub,yastı damlarının müxtəlif səviyyələri ilə maraqlı həcm quruluşu yaradırdı..Yalnız sərdabəsi qalan qülləvari türbənin pirizmatik qülləsi bu tip tikililər üçün səciyyəvi olan piramidal günbəzlə  tamamlanırmış.Xanəgahdan Bakı Şirvanşahlar sarayına aparılmış iki sətirlik daş kitabədə süls xətti ilə bildirilir ki, “ bu imarətin sahibi Əmir Dövlət bin Gəryüqlu.Hicri 702-ci il (miladi1303) tarixdə ustad Mahmud İbrahim oğlunun əməlidir”.Görünür, bu kitabə xanəgah komplekslərindəki uçulmuş binalardan birinin üzərində olub və həmin binanı da minarənin ustası Mahmud İbrahim oğlu inşa edibmiş.Akademik B.Dornun  Pir Hüseyn Xanəgahında qeydə aldığı kitabələrdən ən sonuncuları hicri 823 / miladi 1639-cu illərə aiddir.Qəbrüstü yazı olan ikinci kitabədə Şeyx Cəmalləddinin adı olmuşdur.Ola bilsin ki,həmin kitabə kompleksin tərkibində olan səkkizüzlü qülləvari türbəyə aid imiş.Bu kitabələrin harada olması bəlli deyil

.Xanəgahın həyətində türbənin yanında iki yanaşı su quyusu  vardır.Bu quyuların suyu həmişə eyni səviyyədə qalır.Suları şirin və yüngüldür.Əhali sudan həm içmək,həm də müalicə vasitəsi kimi istifadə edir.

Böyük karvan yolu üstündə yerləşən və bütünlüklə daşdan ucaldılan Pir Hüseyn Xanəgahı yarımdairəvi bürcləri,dişli divarları,həcmli baştağı ilə uzaqdan kiçik bir Şirvan qalasına bənzəyirdi.Qapının üzərində olan altı parça daşdan ibarət kitabə (2,15 x 0,72)ərab dilində süls elementi nəsx xətti ilə yazılmışdır.

1 . Bu imarətin (tikilməsi) müdrük,ədalətli,Allahın köməkliyi ilə qalibiyyətli əla əd – Dünya v – əd –Din,İslam və müsəlmanların hakimi.

2 .  Çarların və Sultanların tacı, Əfridunun tam varisi Əbu – I – Müzəffər Fəribürz bin (oğlu) Gərşasib bin Fərruxzad bin Mənuçehrin hakimiyyəti dövründə,mömünlərin müdafiəçisi.

3 . Allah onun tərəfdarlarını möhkəmləndirsin – əzəmətli,hörmətli,Xorasanın şöhrəti,dövlətin və dinin əşrəfi,möhtərəm

4 . Hezar Visaq kimi tanınmış sədr Həsən bin Məhəmməd bin Həsən əl – Bavidi – Allah onun xeyirxah işlərdə müvəffəqiyyətini artırsın – öz hesabına əmr etmişdir.Rəcəb ayı altıyüz qırx birinci ildə

H641 = 1244.

Şirvanşah I-ci Xəlilullahın göstərişi ilə xanəgahın qala divarlarında bərpa və möhkəmləndirilmə işləri aparıldığı bildirilmişdir.Son dövrlərdə qala divarlarında bərpa işləri aparılaraq xanəgahın əzəmətini özünə qaytarmışdır.

Pir Hüseyn Xanəgahı Şirvanşahlar tərəfindən müxtəlif vaxtlarda ucaldılmış bir sıra binalardan ibarət olub.Bunlardan biri də XIII əsrə aid edilən karvansaray və tövlələrdir.Pir Hüseyn Xanəgahına böyük vəqf əmlakı və torpağları məxsus idi,birdə daş- qaş ianə edilirdi,məqbərə isə qızılla toxunulmuş qiymətli parçalarla bəzədilirdi.Pir Hüseyn Xanəgahında və ətrafda yaşayan, on minlərlə inək və yük heyvanları olan çoxlu mürid və dərvişləri  olub.Minarənin kitabələrinin birində yazılırdı ki,bura dərvişlər məskənidir.Tarixçi Həmdullah Qəzvini yazırdı ki,Pir Hüseyn Xanəgahının yüzlərlə müridləri var.Xanəgahın vəqf torpaqlarında ona xidmət edən böyük miqdarda dərviş və işçilər- kişi və qadınlar yaşayırdı.Bu müqəddəs yer-pirə ibadətə gələn çox saylı zəvvarları o,cümlədən Şirvanşahları və digər hökumdarları özünə cəlb edirdi. Bura Şirvanın əhəmiyyətli (fəlsəfi,ədəbi,dini) mərkəzi idi.Ona görə də karvansarayın xanəgah üçün xüsusi əhəmiyyəti vardır .Onun gəlirlərinə də xanəgah şeyxləri nəzarət edirdilər.Hacıqabul ərazisində, Hacıqabul gölünün şərq sahilində,Atbulaq kəndi ərazisində karvansaraların mövcud olması bizə məlumdur.Onların qalıqları dövrümüzə qədər gəlib çatmışdır.Bu Hacıqabulun böyük ipək yolu üzərində yerləşən əhəmiyyətli məntəqə olmasını sübut edir.Karvansaraylar adətən bir at mənzilində inşa edilirdi.Karvansarayi  karvansaladar idarə edirdi.Burada müxtəlif ölkələrin tacirləri qızğın alğer edir,pul və ya mal satılır və ya dəyişilirdi.Ziyarətçilərin və tacirlərin qalmasına görə haqq alınırdı,atlarına və heyvanlarına yem verilirdi.Orta əsrlərdə həcc ziyarətinə gedən Şirvan zəvvarları əvvəlcə Pir Hüseyn Xanəgahını ziyarət edər, sonra Hacıqabul gölü kənarındakı karvansaraydan həcc ziyarətinə yola düşərdilər.Həcc ziyarətindən sonra həmin karvansarayda onlara mübarəkdarlıq edilər və “həccin qəbul” deyərdilər.Ehtimal ki,Hacıqabul sözünün mənşəyi də oradan götürülmüşdür.

Xanəgahdan 300-500m şərqdə  yerləşən qədim qəbrstanlıq vaxtı ilə bu ərazidə olmuş yaşayışın nişanəsidir.Qəbrstanlıqdakı baş və sinə daşları bu tip  abidələrin dözümlü və bitkin örnəklərindəndir.Xanəgahın şimalındakı təpə üstündə kvadrat planlı bir türbənin uçuqları durur.Əvvəllər çəkilmiş rəsm və fotoları həmin abidənin bərpa edilməsinə imkan verir.Yaxşı yonulan daşdan ucaldılmış bu kiçik türbənin kubvari tutumu piramidal gümbəzlə örtülü olmuşdur.Son zamanlar qazıntılar zamanı türbənin içərisindən iki qoşa qəbr çıxmışdır.Türbənin ətrafında kiçik hücrələr aşkarlanmış və vaxtı ilə yeraltı yolların olduğu ehtimal edilən kvadrat şəkilli məbəd formalı tikili vardır.Qədim qəbrstanlıqda 181 qəbr qeydiyyata alınmışdır.

Qeyd : Xanəgahı dünyada məhşur eləyən kaşı bəzəklərinin XIX əsrin II  yarısından başlayaraq XX əsrin əvvəllərinədək kaşı bəzəklərinin Avropa muzeylərinə və şəxsi kolleksiyalara satışı prosesi olmuşdur.1906 / 07 –ci ildə xanəgahda tədqiqat işləri aparan Ter-Avetisyan kaçıların bir hissəsini oğurlayıb aparmışdır.1913-cü ildə Parisdən xanəgaha gəlmiş dəllal M.Kələkyan və Madam Duffantyu yerli Qubalı-Baloğlan kəndinin 6 nəfərlik sakini ilə kaşıların çox hissəasini qoparıb Parisdə hərraca çıxarmışdır.Pir Hüseyn Xanəgahına ən böyük dağıdıcı zərbəni 1918-ci ildə ərazimizdə soyqırım törədən erməni S.Lalayanın quldur dəstəsi vurmuşdur.Kaşıların böyük bölümünü həmin quldur dəstəsi sındırmışdır.Azğınlaşmış erməni yaraqlıları kaşı lövhələrini sandırmaqla kifayətlənməmiş,bu nadir memarlıq əsərini bütünlüklə xarabalığa çevirərək  oranı tərk etmişlər.Türbənin böyük pannosunun  ulduz və xaçlarının çoxu 1925-ci ildə Sankt – Peterburqa aparılmışdır.İndi Dövlət Ermitajının kolleksiyalarında xanəgahdan aparılmış 123 çilçiraqlı ulduz,325 firuzəyi xaç lövhə və başqa kiçik kaşı parçaları saxlanılmaqdadır.1936-cı ilin oktyabrında xanəgahda çilçiraq bəzəyinin cəmi üç kiçicik fraqmenti (ikisi türbədə,biri məsciddə)qalmışdır və onlar gəc mehrabla birlikdə 1940-cı ildə Nizami adına Ədəbiyyat Muzeyinə köçürüldü.Bu muzeydə türbənin yazı frizinin 5 lövhəsi saxlanılır.Bu yolla abidə dünya şöhrəti qazansada,onu vaxtında və indi də qoruya bilmədiyimizdən bizdə ciddi milli mənəvi narahatlıq doğurmalıdır.XX əsrin 50-ci illərində erməni Akopyanın layihəsi ilə xanəgahın yaxınlığında qədim yaşayış yerində Pirsaat su anbarının tikilməsi də xanəgaha vurulan ciddi zərbədir.Bu anbardan müntəzəm su sızmaqla rütubət əmələ gəlir və xanəgahı korroziyaya uğradır .

Tərtib etdi : Hacıqabul rayon Pir Hüseyn Xanəgahı

Tarix-Memarlıq Qoruğunun direktoru :                   M.Xəlilov.

Spread the love