NOVRUZ BAYRAMI

Novruz əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən şən və gözəl bayramlardan biridir.

Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab etmiş,onu bolluq,bərəkət və firavanlığın əzəli  kimi rəmzləşdirmişdir.

Novruz bayramını qeyd etmək təzə ili,baharın ilk gününün qarşılamaq deməkdir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğu baharın gəlişi münasibəti ilə 18.03.19.

tarixində tədbir təşkil etmişdir.Tədbirdə rayon ziyalıları,idarə və müəssisələrin rəhbər və əməkdaşları,orta məktəb şagirdləri və.s. qonaqlar iştirak edirdi.

Tədbirin giriş sözünü qoruğun direktoru Məhərrəm Müslümov açaraq geniş məruzə ilə çıxış etdi.Sonra dəvət olunanqonaqlardan bir neçəsi çıxış edərək öz ürək sözlərini və novruz bayramı haqqında bildiklərini dedilər.Sonra meydanda öz məharətlərini göstərdilər.Daha sonra milli geyimlər geyinmiş məktəbli qızlar novruz haqqında şer parçaları söylədilər.

Daha sonra tədbir çay süfrəsi ilə davam etdi.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkildi.

Spread the love