“31 Mart Azərbaycanlıların Soyqırımı günü” dür

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.

Azərbaycanlılara qarşı iki əsr davam edən soqırım düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib,minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetirmişlər.Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə,soyqırım və təcavüzü nəticəsində minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetirmişlər.Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə,soyqırım və təcavüzü nəticəsində minlərlə insan evindən-obasından didərgin düşmüşdür.

1918-ci ilin yazında Bakı,Şamaxı,Quba,Qarabağ,Lənkəran,Gəncə,Zəngəzur və digər bölgələrdə ermənilər,o cümlədən bolşevik maskası altında çirkin daşnak siyasəti yürüdən Stepan Şaumyan və onun əlaltıları azərbaycanlılara qarşı vəhşiliklər törətmiş,70 mindən artıq günahsız əhalini xüsusi amansızlıqla qətlə yetirmiş,kəndləri viranəyə çevirib sakinləri yurd-yuvalarından didərgin salmışlar.

Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da,bu barədə əsil həqiqət ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır.Soyqırımı yalnız onun 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır.O vaxtdan başlayaraq,31 mart Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur,soyqırım qurbanlarını anma tədbirləri keçirilir,dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb olunur.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası Üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda bu tarixi günü qeyd etmək məqsədi ilə,tədbirlər planına uyğun olaraq guşə hazırlanmışdır.

Bununla yanaşı ekskursiyaya gələn qonaqlara bu tarixi günün mahiyyəti haqqında ətraflı məlumatlar verilmiş,29.03.19. tarxində bu gün münasibəti ilə tədbir təşkil edilərək şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilmişdir.Tədbir zamanı günün mahiyyəti haqqında geniş çıxışlar olmuş və mühazirələr oxunmuşdur.

Allah soyqırımı qurbanlarına rəhmət eləsin.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilmişdir.

Spread the love