“31 Mart Dünya Azərbaycanlılarının Soyqırımı günü” dür

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.

Azərbaycanlılara qarşı iki əsr davam edən soqırım düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib,minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetirmişlər.Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə,soyqırım və təcavüzü nəticəsində minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetirmişlər.Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə,soyqırım və təcavüzü nəticəsində minlərlə insan evindən-obasından didərgin düşmüşdür.

1918-ci ilin yazında Bakı,Şamaxı,Quba,Qarabağ,Lənkəran,Gəncə,Zəngəzur və digər bölgələrdə ermənilər,o cümlədən bolşevik maskası altında çirkin daşnak siyasəti yürüdən Stepan Şaumyan və onun əlaltıları azərbaycanlılara qarşı vəhşiliklər törətmiş,70 mindən artıq günahsız əhalini xüsusi amansızlıqla qətlə yetirmiş,kəndləri viranəyə çevirib sakinləri yurd-yuvalarından didərgin salmışlar.

Azərbaycanlılaraq qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da,bu barədə əsil həqiqət ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır.Soyqırımı yalnız onun 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır.O vaxtdan başlayaraq,31 mart Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur,soyqırım qurbanlarını anma tədbirləri keçirilir,dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb olunur.

Bu il də Soyqırımı günü ilə əlaqədar olaraq Mədəniyyət Nazirliyinin,Milli Elmlər Akademiyasının,Tarix İnstitutunun,Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Quba rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba Soyqırımı Memoryal kompleksində 31 Mart Azərbaycanlıların Soyqırımlarına həsr edilən anım mərasimi təşkil edilmişdir.Tədbirdə qoruğumuzu ,direktor – Məhərrəm Müslümov təmsil etmişdir. Kopleksin rəmzi abidəsi üzərinə gül çiçək dəstələri

qoyulduqdan sonra tədbir kompleksin akt zalında davam etdirilmişdir.Konfransın açılışında şagirdlər dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arazbari” muğamını ifa etdilər.Sonra Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmət rəisi Zakir Sultanov açılış nitqi söyləmişdir.

Daha sonra Mədəniyyət Naziri cənab Əbülfəs Qarayev dövlətimiz tərəfindən bu soyqırımın dünyada tanıtdırmaq üçün görülən işlərdən geniş məlumat vermişdir.

Çıxış edənlər arasında Milli Elmlər Akademiyasının vitse prezidenti Akademik İsa Həbibbəyli,Tarix İnstitutunun direktoru Akademik Yaqub Mahmudov,Milli Məclisin üzvi Qənirə Paşayeva,Bakı şəhər İcra hakimiyyəti Başçısının müavini Fidumə Hüseynova çıxışlarında ermənilərin 1918-ci il də törətdiyi vəhşiliklərin tarixi haqqında konfrans iştirakçılarına geniş məlumat vermişlər.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral çıxışını Ulu Öndərin belə bir sözü ilə başlamışdır : “Biz iki dövlət bir millətik” . O çıxışını davam etdirərək bildirmişdir ki,tarixən türklər və azərbaycanlılar hər zaman bir-birinə arxa durmuşlar və bundan sonra da belə davam etməlidir.

Sonra Quba rayon İcra Hakimiyyətinin Başçısı Ziyətdin Əliyev çıxış edərək bildirib ki,2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı kütləvi məzarlığın aşkar olunması ermənilərin xalqımıza qarşı həyata keçirdiyi 1918-ci il mart soyqırımının dəhşətlərini bir daha ortaya çıxarıb.

Konfransın sonun da çıxış edən Tarix Elmləri doktoru professor Solmaz Rüstəmova-Tohidi bu soyqırımı araşdıran Azərbaycan Demokratik Respublikasının yaratdığı komissiyanın üzvlərinin də sonradan sovet hökuməti tərəfindən müxtəlif represiyalara məruz qalaraq ölkədən sürgün edildiyini və ya qətlə yetirildiyini bildirmişdir.Sonda konfrans iştirakçıları memorial kompleksin xatirə kitabına öz ürək sözlərini yazmışlar.

Spread the love