“İmaməddin Nəsiminin 650 illik yubileyi”

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası Üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğu 04.04.19. tarixində daha bir tədbirə ev sahibliyi etmişdir.Budəfəki tədbir “İmaməddin Nəsiminin 650 illiyi” münasibətilə əlaqədar hazırlanmış yubiley tədbiri idi.

Rəncbər kənd kitabxanası,Rəncbər kənd mədəniyyət evinin Navahı qəsəbə kitabxanasının iştirakı ilə “İmaməddin Nəsiminin 650” illiyi ilə əlaqədar keçirdiyi müştərək tədbirdə mədəniyyət işçiləri ilə yanaşı qoruğa gələn qonaqlarda iştirak edirdi.Baş tutan tədbirdə “İmaməddin Nəsiminin 650” illiyi ilə yanaşı “Məhəmməd Füzulinin 525”,”Cəlil Məmmədquluzadənin 150”,”İsmayıl Şıxlının 100”,”Cəfər Cabbarlının 120” yubileyləri də qeyd edilirdi.Bu münasibətlə hazırlanmış kitab sərgisində adı çəkilən şairlərin kitabları da sərgilənirdi.Klub əməkdaşları şairlər haqqında geniş oxucu kütləsinə ətraflı məlumatlar verdilər.Sonra qoruğa gələn qonaqlar kitab sərgisinə baxış keçirirərək şairlərin yazdığı kitabları oxudular.

Sərgi,oxucu kütləsi tərəfindən maraqla qarşılanmışdır.Tədbirin keçirilməsində əməyi olan mədəniyyət işçilərinə və rəhbərliklərinə təşəkkürlərin bildirilmişdir.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilmişdir.

Spread the love