“18 Aprel Beynəlxalq Abidələr Günü və Tarixi Yerlər Günü” dür

Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub.Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Təkcə XX əsrdə baş vermiş iki dünya müharibəsi nəticəsində nə qədər dağıntılar olub.Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir.Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunmasında böyük əhəmiyyətə malikdir.

Ölkəmiz dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biridir.Arxeoloji qazıntıların nəticələri göstərir ki,Azərbaycanda yaşamış insanların tarixən keçdikləri keşməkeşli və şərəfli yollar qədim yaşayış məskənlərində və çoxsaylı abidələrdə öz əksini tapıb.Yaşadığımız dövrə gəlib çatan bu abidələr hazırda çox qiymətli nümunələr kimi qorunur.Ölkəmizin həryerində yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur.Belə tarixi abidələrdən biri də Hacıqabul rayonunda yerləşən XI-XIV əsrlərə aid “Pir Hüseyn Xanəgahı” dır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası Üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda “18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar olaraq “Açıq qapı günü” keçirilmişdir.Keçirilmiş “Açıq qapı günü” ərəfəsində Pirsaat qəsəbəsi tam orta məktəb şagirdləri,Hacıqabul rayon 8 saylı tam orta məktəbin müəllim kollektivi və başqa yerlərdən gəlmiş qonaqlar tarixi abidəyə ekskursiya etmişlər.Tarixi abidə ilə yanaşı bu günün mahiyyəti haqqında qoruğun Ekskursavodu Mirislam İsmayılov məlumat vermişdir.16 aprel tarixində Dövlət Televiziyasından (Aztv) qoruq haqqında təbliğat xarakterli çəkiliş aparılmış,”Pir Hüseyn Xanəgahı” haqqında məlumatlar verilmiş,xanəgahın görüntüləri çəkilərək tamaşaçılara göstərilmişdir.Bunun 18 aprel tarixinə təsadüf etməsi yerinə düşmüşdür.Qoruğun Ekskursavodu öz nitqində qeyd etmişdir ki,tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin,Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkə daxilində və xaricində

həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir.Milli mədəni irsin qorunmasını təmin etmək,”Azərbaycan 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə,Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası,qorunması,tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020 ci illər üzrə Dövlət Proqramı” görüləcək işlərin istiqamətini dəqiq müəyyən edən qiymətli sənəddir.Bu sənədə daşınmaz tarix-mədəniyyət abidələrinin yeni siyahısının tərtibi,bərpa-konservasiya işlərinə dair normativ sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması,qoruqların maddi-texniki bazasının gücləndirilməsi,yüksək ixtisaslı kadrların hazırlanması,beynəlxalq təşkilatlala əməkdaşlığın inkişafı kimi vacib məsələlər daxil edilib.Azərbaycan rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi,mühafizəsi və bərpası,mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür.Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.

Abidələrə həsr olunmuş məqaləni ulu öndər Heydər Əliyevin müdrik kəlamları ilə sona çatdırırıq: “Biz tarixi keçmişimizə nəzər salarkən,ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə,qalalarla,şəhərlərlə,heykəllərlə yollarla yaradılan hər bir şeylə fəxr edir və bunları yaradanları daim xatırlayır,onlara öz minnətdarlığımızı bildiririk”

Spread the love