Bu gün “18 May Beynəlxalq Muzeylər Günü” dür

18 may tarixi bütün dünyada eləcə də Azərbaycanda “Beynəlxalq Muzeylər Günü” kimi qeyd edilir.Hərbir ölkənin öz tarixi keçmişi vardır.Hərbir vətəndaşın borcudur ki,öz tarixini qorusun və gələcək nəsillərə çatdırsın.Dünyanın bir çox ölkəsində “18 Aprel Beynəlxalq Abidələr Günü” ,”18 May Beynəlxalq Muzeylər Günü” və.b. adlarla keçirilən tədbirlər məhz tarixi günləri və tarixi yerləri unutmamaq məqsədilə yaradılmışdır.

Belə ölkələrdən biri də,Azərbaycandır ki,bu ölkə öz tarixinə həssas yanaşaraq,tarixi günlərini qeyd edib onu yaşadır.”18 May Beynəlxalq Muzeylər Günü” nün yüksək səviyyədə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Naziri cənab Əbülfəs Qarayev tərəfindən əmr və sərəncam imzalanmışdır.Əmrdə 18 may Beynəlxalq Muzeylər gününə həsr edilmiş “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” devizi altında silsilə tədbirlərin keçirilməsi,14-15 may tarixində Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan-Türkiyə Muzeylər Formu”nun keçirilməsi,Forum çərçivəsində 14 may tarixində Azərbaycan Milli İncəsənət Muzeyində “Türkiyədən Əsən Meh” adlı rəsm sərgisinin təntənəli açılış mərasiminin keçirilməsi nəzərdə tutulmuşdur.Sərgidə türk rəssamları Rauf Tuncerin (İstanbul),Hüseyn Elmasın (Konya),Erkin Keskinin (Bursa) boyakarlıq və qrafika üslubunda yaratdıqları 60-dək sənət əsərlərinin nümayişi planlaşdırılmışdır.

Bundan əlavə 18 may tarixində Nazirliyin tabeliyində fəaliyyət göstərən muzey və tarixi-mədəniyyət qoruqlarında “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar “Açıq Qapı Günü” keçirilməsi nəzərdə tutulmuşdur.Bu məqsədlə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası Üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun da tədbirin keçirilməsində öz payı vardır.Ənənəyə sadiq qalaraq Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda tədbirlər planı hazırlanmış və “Açıq Qapı Günü” nün keçirilməsi üçün bir neçə addımlar atılmışdır.13-18.05.19. tarixlərində qoruğa gələn ekskursiyaçılara,eləcə də məktəbli və tələbələrə günün mahiyyəti haqqında məlumatların verilməsi,”Açıq Qapı Günü” nün keçirilməsi qoruğun tədbirlər planında nəzərdə tutulmuşdur.

Baş tutmuş “Açıq Qapı” günündə Hacıqabul rayon,Şirvan şəhər tam orta məktəblərinin şagird və müəllim kollektivi və.b. qonaqlar iştirak etmişdir.Təşkil olunmuş tədbir yığıncağında qoruğun Baş Elmi işçisi Mirislam İsmayılov günün mahiyyəti haqqında geniş nitq söyləmişdir.Daha sonra qoruğun Ekskursavodu Elmin Yusifli Azərbaycanda olan muzeylər haqqında geniş məlumat vermişdir.

Təşkil olunmuş “Açıq Qapı Günü” günün sonunadək davam etmişdir.Qoruğa gələn qonaqlar tədbirin keçirilməsinə görə bu işdə əmək sərf edən hərbir kəsə öz minnətdarlıqlarını bildirmişlər.

Tədbirin sonunda xatirəfotoşəkilləri çəkilmişdir.

Dahi rəhbərimizin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, muzey işi də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilib, 1994-cü ildə isə bu müşavirənin materialları əsasında “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilib. 2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Bu sənədə əsasən muzey – maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi-tədqiqat müəssisəsidir. Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq milli mədəni irsimizin qorunması dövlət əhəmiyyətli prioritet məqsəd kimi qarşıya qoyulub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində “Şirvanşahlar Sarayı Kompleksi”, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Qarabağ muzeyləri haqqında məlumatlar mötəbər beynəlxalq təşkilatlara çatdırılır.

Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib. Ümummilli Liderimizin siyasi irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin formalaşdırılaraq inkişaf etdirilməsi məqsədilə yaradılan Heydər Əliyev muzeyləri isə respublikada muzey şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm hadisə kimi qiymətləndirilməlidir. Hazırda ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər.

Spread the love