Xanəgahda olan yeniliklər

Son vaxtlarda Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda bir çox işlər görülmüşdür. Qoruqda görülən abadlıq, səliqə-səhman işləri, eləcə də ekskursiyaçılara daha da yüksək səviyyədə mədəni xidmətin göstərilməsi nəzəri cəlb eləyir. Ərazidə abadlıq işləri görülmüş, yaşıllıq xeyli artırılmış, ekskursiyaçıların dincələ bilməsi üçün skamyaların sayı artırılmışdır. Qoruğun təhlükəsizliyini təmin etmək məqsədilə müşahidə kameraları quraşdırılıb. Maşınların rahat park olunması üçün avtodayanacaq istifadəyə verilib. Qoruqda olan kölgələnəcəklərin hər birinin yanına plastik boru vasitəsilə su krantı çəkilmiş və işıqlandırma sistemi yenilənmişdir. Qoruğun ərazisində süni göl yaradılmışdır. Eyni zamanda qoruqda olan 6 ədəd daş kitabələr giriş qapısı üzərindəki ilkin yerinə bərkidilmişdir. Bakı-Qazax magistral yolundan qoruğa qədər olan 18 km-lik yolda iki ədəd böyük ölçüdə yol nişanı quraşdırılıb. Yeni sanitar qovşaq tikilib.

Bütün görülən işlərin nəticəsi olaraq qoruğa gələn ekskursiyaçıların sayı artıb. Bunlarla yanaşı xarici ekskursiyaçıların sayında da artım müşahidə edilir. Buna misal olaraq Avstriyanın Azərbaycanda olan səfiri Aksel Vex ailəsi ilə, Amerikanın Boston universitetinin professoru Elio Blankaforte ailəsi ilə, eləcə də Macarıstandan, İrandan, Türkiyədən, Gürcüstandan, Rusiyadan, Ukraynadan və digər ölkələrdən turistlər gəlmişdir.

İl ərzində qoruğa 12119 nəfər ekskursiyaçı gəlmişdir. Bunlardan 139-u xarici ekskursiyaçılar olmuşdur.

Hal-hazırda qoruğumuzda yaşıllaşdırma işləri davam etdirilir. Ekskursiyaçıların rahat ekskursiya etməsi üçün bütün lazım olan tədbirlər görülür.













Spread the love