“28 May Respublika Günüdür”

Uzun bir dövr ərzində Azərbaycan Rusiyanın müstəmləkəsi olmuşdur.Ancaq Azərbaycan xalqı həmişə azadlığa,müstəqilliyə qovuşmaq üçün mübarizələr aparmışdır.Məhz bunun bəhrəsidir ki,Azərbaycan xalqı öz tarixi günlərini fərəhlə qeyd edir.

“28 may” tarixi azərbaycan xalqı üçün mühüm tarixlərdən biridir.Azərbaycan xalqı 28 may tarixini əlamətdar gün kimi qeyd edir.Çünki şərqdə ilk demokratik dövlətin qurulduğu bir tarixdir.Azərbaycan öz müstəqilliyin bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə təntənə ilə qeyd edilir.

1918-ci il may ayının 28-də Azərbaycan istiqlaliyyətinin elan edilməsində,Xalq Cümhuriyyətinin təşəkkül tapmasında,Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun,Məmmədəmin Rəsulzadənin,Fətəli xan Xoyskinin,Həsən bəy Ağayevin,Nəsib bəy Yusifbəylinin,Səməd bəy Mehmandarovun,Əliağa Şıxlınski və başqalarının böyük xidmətləri olmuşdur.Adı çəkilən vətənpərvər ziyalıların adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.

Azərbaycan dilinin dövlət dili elan edilməsi,təhsil və mədəniyyətin inkişaf edilməsi,nizami milli ordunun,təhlükəsizlik orqanlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin bəhrəsidir.

Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil,Şərqdə də ilk demokratik respublika olmuşdur.Onun dövlət atributları – bayrağı,himni,gerbi qəbul edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşasa da,1990-cı ildə öz müstəqilliyini yenidən pərpa etmişdir.1990-ci ildən dövlət bayramı kimi qeyd edilir.

Təbii ki,sözü gedən dövlət bayramını qeyd etmək,hər bir insanın,həm özünün,həm də vətən borcudur.Bu tarixi günün qeyd edilməsi üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası Üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda hazırlıq işləri görülmüşdür.”28 May Respublika Günü” ilə əlaqədar olaraq,qoruqda guşənin hazırlanması,qoruğa gələn qonaqlara günün mahiyyəti haqqında ətraflı məlumatların

verilməsi və 28 may tarixində tədbirin keçirilməsi tədbirlər planında nəzərdə tutulmuşdur.

Baş tutmuş tədbir yığıncağında Hacıqabul,Şirvan və Ələt qəsəbəsinin tam orta məktəb şagirdləri və başqa qonaqlar iştirak etmişdir.Qoruğun Ekskursavodu Elmin Yusifli məktəblilərə,eləcə də tədbir iştirakçılarına günün mahiyyəti haqqında ətraflı məlumatlar vermişdir.Qoruğun Ekskursavodu Elmin Yusifli Azərbaycanın 1990-cı ildə növbəti dəfə əldə etdiyi müstəqilliyindən geniş söz açmışdır.Tədbirin gedişi zamanı məktəblilər ekspozisiya zalında yaradılmış guşəyə,eləcə də qoruğun kitabxanasına maraqla baxmışdırlar.Bundan əlavə onları maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilərək ekskursiya davam etdirilmişdir.

Spread the love