“ 15 İYUN AZƏRBAYCANIN MİLLİ QURTULUŞ GÜNÜDÜR”

Azərbaycan ölkəsi növbəti tarixi gününü qeyd edir.

15 iyun – Azərbaycanın tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olmuşdur.1993-cü ilin iyun ayında Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana hakimiyyətə qayıtması,xilaskarlıq missiyasının yerinə yetirilməsinin bəhrəsidir ki,bu günü xalqımız “15 İyun Milli Qurtuluş Günü” kimi qeyd edir.Məhz buna görə də tariximizə “Milli Qurtuluş” kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər,dərindən dərk edənlər üçün çox əzizdir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası Üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğu da tarixi günü fərəhlə qeyd edənlər sırasındadır.Bu məqsədlə tədbirlər planı və guşə hazırlanmış və 15 iyun tarixində tədbir keçirilmişdir.Tədbirdə Hacıqabul rayon və Ələt qəsəbəsi tam orta məktəb şagirdləri,Şirvan şəhər Pedoqoji Kollecin tələbələri iştirak etmişlər.Təşkil olnumuş tədbir yığıncağında qoruğun Elmi işçisi Zaur Cəfərov günün mahiyyəti haqqında geniş söhbət açmışdır.Daha sonra qoruğun Ekskursavodu Zəhra Süleymanova bu tarixi günün qeyd olunmasında Ümummilli lider Heydər Əliyevin sayəsində meydana gəlməsi haqqında geniş məlumat vermişdir.Tədbir ərəfəsində tədbir iştirakçıları qoruğun ekspozisiya zalında hazırlanmış guşəyə maraqla baxmışlar və onları maraqlandıran suallar həvəslə cavablandırılmışdır.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilmişdir.

Xalqımızın tarixinə qızıl hərflərlə yazılmış “ 15 İyun Milli Qurtuluş Günü “ münasibətilə Hacıqabul rayon “ Pir Hüseyn Xanəgahı “ tarix-memarlıq qoruğunun kollektivi adından xalqımızı səmimi qəlbdən təbrik edir,müstəqil dövlətimizin firavan və parlaq gələcəyi naminə fəaliyyətinizdə hər birinizə uğurlar arzu edirik.

Spread the love