“ 26 İyun Azərbaycanın Silahlı Qüvvələr Günüdür”

Hər bir ölkə öz siyasəti,hərbi gücü,güclü ordusu,mədəniyyəti,turizmi,idmanı ilə dünyada tanınır.Dünya ölkələri bu prinsiplərlə tanınması üçün rəqabət aparır və öz güclərini göstərərək,sözlərini deyirlər.

Azərbaycan ölkəsi də öz siyasəti,hərbi gücü,güclü ordusu,mədəniyyəti,turizmi,idmanı ilə tanınan və bu sahələr üzrə öz sözünü deyən ölkələrdəndir.Hazırda Azərbaycan ordusu Cənubi Qafqazda ən güclü ordu hesab olunur.Məhz bunun bəhrəsidir ki,azərbaycan bu gün,öz tarixi gününü, ”Silhahlı Qüvvələr Günü” nü qeyd edir.Bu gün “Azərbaycan Respublikası Silahli Qüvvələrinin” yaradılmasının 101 illiyi qeyd olunur.

Qeyd etmək yerinə düşərdi ki,bu günün qeyd edilməsində Ümummilli lider Heydər Əliyevin əməyi az olmamışdır.Ulu öndər Silahlı Qüvvələrimizin səmərəli şəkildə yenidən təşkili və inkişafını,hərbi təhsil sisteminin təkmilləşdirilməsi,gənclərin hərbi vətənpərvərlik tərbiyyəsinin yüksəldilməsi istiqamətində böyük işlər görmüşdür.Bu işlər bu gün möhtərəm Prezidentimiz,Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında davam etdirilir.

Təbii ki,bu günün qeyd olunmasında,Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası Üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun da öz payı vardır.Bu günün qeyd olunması məqsədilə tədbirlər planı və fotostend hazırlanmışdır.26 iyun tarixində baş tutmuş tədbir yığıncağında Hacıqabul rayon,Şirvan şəhər tam orta məktəbin şagird və müəllim kollektivi və başqa qonaqlar iştirak etmişdirlər.Tədbirdə giriş sözü ilə çıxış edən qoruğun Ekskursavodu Zəhra Süleymanova günün mahiyyəti haqqında geniş söhbət açmışdır.Sonra qoruğun Elmi işçisi Zaur Cəfərov 101 illik tarixi olan Azərbaycan Ordusu haqqında və bu ordunun güclənməsində Ümummilli lider Heydər Əliyevin əməyinin olması barəsində geniş məlumat vermiş və məktəbliləri maraqlandıran suallar həvəslə cavablandırılmışdır.Daha sonra tədbir iştirakçıları yaradılmış fotostendlə tanış olmuşlar.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilərək ekskursiya davam etdirilmişdir.

Arzu edirəm ki,gün o gün olsun işğal altında olan torpaqlarımızın işğaldan azad olunmasını tarixi gün kimi qeyd edək.

 

Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı”

tarix-memarlıq qoruğunun Elmi işçisi

Zaur Cəfərov

Spread the love