Qoruqların idarə olunması və istifadəsinə nəzarət sektorunun müdiri Mahir Qəhrəmanov Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda olub

Mədəniyyət Nazirliyi yanında Mədəni irsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Qoruqların idarə olunması və istifadəsinə nəzarət sektorunun müdiri Mahir Qəhrəmanov 10.08.2019-ci il tarixində Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda səfərdə olub.

Səfər çərçivəsində sektor mudiri illik iş planına uyğun olaraq qoruğun fəaliyyəti ilə yerində tanış olub, lazımı tapşırıq və tövsiyələrini vermişdir. Bundan sonra sektor müdiri qoruq ərazisini gəzmiş , tarixi abidənin aşınmaya məruz qalan hissələrinə qoruq əməkdaşları ilə birlikdə baxış keçirmiş və bu barədə dövlət xidmətində baxılması üçün məsələ qaldıracağın bildirmişdir.

Bundan sonra Mahir Qəhramanov qoruq əməkdaşlarının ümumi iclasını keçirmiş və əməkdaşlarla ayrı ayrılıqda fərdi qaydada söhbət aparmışdır. Görüşün yekununda sektor müdiri ümumi işdən razılığını bildirmiş, bununla yanaşı qoruq əməkdaşlarının xarici dil bilmə və peşəkarlıq səviyyəsinin artırılmasının daha da vacib olduğunun bildirmişdir

Spread the love