“ 27 Sentyabr Ümumdünya Turizm Günüdür “

Hər il 27 sentyabr Ümumdünya Turizm Günü kimi qeyd olunur.1925-ci ildə Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixində Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb.

1979-cu ildə Baş Qərəgahı Madrid şəhərinə köçən təşkilat 27 sentyabr Ümumdünya Turizm Gününü təsis edib.Bu gün Azərbaycan da daxil olmaqla dünyanın 150-dən çox ölkəsində turizm təmsilçilərinin bayramı kimi qeyd edilir.

Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən,Azərbaycanın Beynəlxalq Turizm Təşkilatına üzv olan vaxtdan qeyd olunur.Azərbaycanda turizmin inkişafı üçün Prezident İlham Əliyevin təsdiq etdiyi “ Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı ” və bu proqrama uyğun olaraq çoxsaylı layihələr həyata keçirilir.

Hər il olduğu kimi “ 27 Sentyabr Ümumdünya Turizm Günü” azərbaycanın hər yerində qeyd olunur.Ənənəyə sadiq qalaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “ Pir Hüseyn Xanəgahı “ tarix-memarlıq qoruğunda da tədbirin keçirilməsi nəzərdə tutulmuşdur.Tədbirlər planına uyğun olaraq 24-27.09.19. tarixlərində ekskursiyaya gələn ziyarətçilərə qoruqla yanaşı “27 Sentyabr Ümumdünya Turizm Günü“ haqqında geniş məlumatlar verilmişdir.Bundan başqa azərbaycanın turizmdə qazandığı uğurlardan söz açılmış,bu uğurlar haqqında geniş məlumatlar verilmişdir.Qeyd edim ki, qonaqları maraqlandıran suallar əməkdaşlar tərəfindən həvəslə cavablandırılmışdır.

24-27.09.19. tarixlərdə Hacıqabul rayon “ Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda “ 27 Sentyabr Ümumdünya Turizm Günü “ ilə əlaqədar “ Açıq Qapı Günləri” keçirilmişdir.Bu tarixlərdə Hacıqabul rayon və Şirvan şəhər

tam orta məktəblərin şagird və müəllim kollektivi,və başqa qonaqlar qoruğa ziyarət etmişdir.Gələn qonaqlara qoruğun elmi işçisi Zaur Cəfərov bu günün mahiyyəti haqqında geniş məlumatlar vermişdir.Daha sonra qoruğun ekskursavodu Zəhra Süleymanova ölkə prezidentinin Mədəniyyətə,Turizmə ayırdığı diqqət və qayğıdan,eləcə də əldə olunmuş naliyyətlərdən geniş söz açmış və qeyd etmişdir ki,Azərbaycanda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəsisələr,müasir hotellərin sayı getdikcə artır.Hazırda ölkəmizdə 700 dən çox otel fəaliyyət göstərir.O,qeyd etdi ki,2002ci ildən başlayaraq Bakıda hər il “Beynəlxalq Turizm ” və “ Ümumrespublika Daxili Turizm Sərgiləri “keçirilir.

Bu onu göstərir ki,ölkənin mədəniyyəti,turizmi həmişə diqqət mərkəzindədir.Azərbaycan dövləti və vətəndaşları öz tarixi,mədəniyyəti,turizmi üçün əlində gələni əsirgəməyəcəkdir.Bunun bəhrəsidir ki,Azərbaycan həmişə siyasəti,tarixi,mədəniyyəti,turizmi ilə dünyada sözünü deyən ölkələr sırasındadır.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilmişdir.

Spread the love