“18 Oktyabr Müstəqillik Günü” dür

Ölkələrin inkişafı bir çox siyasi sahələrlə inkişaf edir.Ölkələr arasında müstəqil dövlət kimi tanınmaq və ənəsası xalqının müstəqil yaşaması hərbir dövlətin arzusudur.Azərbaycan da bu ölkələr sırasındadır ki,öz müstəqilliyini qazanıb,qoruyub saxlayıb və ölkələr yanında öz müstəqilliyi ilə bir örnəkdir.Azərbaycan bu gün həm siyasi,həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən biridir.

Bu gün-oktyabrın 18-i azərbaycan müstəqilliyinin 28-ci ildönümünü qeyd edir.Ölkəmiz müstəqil,suveren dövlətdir.Tarix dəfələrlə sübut edib ki,müstəqilliyi qoruyub saxlamaq,qazanmaqdan qat-qat çətindir.Azərbaycan bir əsrdə iki müstəqillik əldə etmişdir.Təəssüf ki,müstəqillik,xarici müdaxilələr sayəsində itirilsədə,70 il sonra,Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz müstəqilliyini bərpa etmə fürsəti vermişdir.1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycan dövləti müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilmişdir.Bu tarixi sənədlə azərbaycan öz azadlığına qovuşmuş və bu günə kimi qoruyub saxlamışdır.Məhz bu gün azərbaycan öz müstəqilliy gününü qeyd edir.

Azərbaycanın hər yeri bayram içindədir.Çünki bu gün 18 oktyabr tarixində azərbaycanın müstəqil ölkə statusuna yiyələndiyi gündür.Təbii ki,bu günün qeyd olunmasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun da öz payı vardır.Bu müstəqil günün qeyd olunmağı üçün “Pir Hüseyn Xanəgahı” nda hazırlıq işləri görülmüşdür.Bu günün qeyd olunması üçün guşə hazırlanmış və ekskursiyaya gələn ziyarətçilərə günün mahiyyəti haqqında məlumatlar verilmişdir.18.10.2019. tarixində baş tutmuş tədbirdə rayon ictimayəsi,Ələt qəsəbəsi tam orta məktəbin şagird və müəllim kollektivi iştirak etmişdir.Tədbirin giriş sözünü açan qoruğun baş elmi işçisi Mirislam İsmayılov tədbir iştirakçılarını salamlayaraq günün mahiyyəti haqqında geniş məruzə ilə çıxış etmişdir.Onları maraqlandıran suallar həvəslə cavablandırılmışdır.Daha sonra məktəblilər müstəqillik gününün şərəfinə düzəldilmiş guşəyə maraqla baxmışlar.Qeyd

edim ki,sözü gedən guşədə Ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin həyat və yaradıcılığından bəhs edən fotoşəkillər sərgilənmişdir.Bundan başqa məktəblilər,qoruğun ekspozisiya zalında yeni quraşdırılmış fotostendə də maraqla baxmışdırlar.Qeyd edim ki,bu yeni fotostentdə qoruğa gəlmiş rəsmi qonaqların fotoşəkilləri sərgilənməkdədir.Söz düşmüşkən onu qeyd edim ki,sözü gedən fotostend yeni quraşdırılmışdır.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilmişdir.

Spread the love