30 nəfər İsrail Dövləti vətəndaşı qoruğumuzun qonağı olmuşdur

Prezident İlham Əliyevin diqqət və qayığısı nəticəsində turizm iqtisadiyyatmızın aparıcı sahəsinə çevrilməkdədir. Son dövrlər turizim inkişafı yönündə   ard-arda verilən qərarlar və aparılan islahatlar artıq öz nəticəsin göstərməkdədir. “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda da turizm islahatları nəticəsində   yerli və xarici qonaqların sayı əhəmiyyətli dərəcə artmışdır . 2019- cu ilin 9 ayı  ərzində qoruğa  300 nəfərdən çox xarici qonaq gəlmişdir. Gələn xarici qonaqlar arasında rəsmi şəxslər də olmuşdur. Bunlara misal olaraq Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Teruyuki Katori , eləcə də Macarıstan, Avstriya, Türkiyə, Yunanıstan, Polşa, Fransa Rusiya Fedarasiyası, Ukraniya, Venesuella Avstraliya Bəhreyn və s. xarici ölkələrdən qonaqlarımız olmuşdur.Eləcədə bu günlərdə 26.10.2019-cu il tarixində 30 nəfər İsrail Dövləti vətəndaşı qoruğumuzun qonağı olmuşdur.Turistlər qoruq haqqında ətraflı məlumat aldıqdan  sonra qoruğun qədim tarixinə, memarlıq üslubna təbiətinə heyran qaldılarını bildirdilər və öz xoş təəsüratları rəy kitabımıza qeyd etmişlər.Sonda isə xatirə fotoşəkillər çəkilmişdir.

 

 

 

Spread the love