“Pir Hüseyn Xanəgahı” nda payızlıq ağac əkimi kampaniyası davam edir.

Ölkələr arasında mədəniyyət və turizmin inkişafı əsas və vacib prinsiplərdən biridir.Azərbaycan ölkəsi mədəniyyəti və turizmi ilə zəngin olan ölkələrdən biridir.Ermənistan,eləcə də, onun kimi saxta dövlətlər həmişə azərbaycan torpaqlarına,mədəniyyətinə və tarixinə paxıllıqla yanaşmış və ermənistan həmişə azərbaycanın tarixini və mədəniyyətini özünküləşdirmək istəmişdir.Bu onun göstəricisidir ki,ermənistan və onu kimi saxta ölkələrin heç vaxt mədəniyyəti,turizmi və tarixi olmamışdır.

Azərbaycanın mədəniyyət və turizm sahəsi durmadan artır və inkişaf edir.Bu ondan xəbər verir ki, azərbaycanın həmişə böyük tarixi,mədəniyyəti,turizmi olmuşdur.Ölkə prezidentinin imzaladığı fərman və sərəncamlar ölkənin mədəniyyət və turizm sahələrinin inkişafına töfə verir.Ölkə Prezidenti 2016-cı ildən multikulturalizm ili elan etməsi mədəniyyət və turizmin inkişafını daha da sürətləndirir.

Azərbaycanın bütün guşələri abidələrlə zəngindir.Belə guşələrdən biri də,Hacıqabul rayonudur ki,bu ərazidə olan abidələri saymaqla bitməz.

Rayon ərazisində ölkə əhəmiyyətli “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğu vardır ki,bu abidə azərbaycanın mədəniyyət və tarixində böyük iz buraxmış qədim sənət incisidir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda mədəniyyətin inkişafı üçün daima işlər görülür.

Bildiyimiz kimi insan həyatında ağacların,yaşıllıqların rolu böyükdür.Həm görünüş,həm kölgənəcək,həm də,insan tənəffüs sistemi üçün yaşıllıqların çoxalması və onların qorunması mühüm məsələlərdən biridir.Buna görədə Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda yaşıllıq zolaqlarının artırılması üçün bir çox işlər görülmüşdür.Ağacların əkin mövsümünü nəzərə alaraq, ”Pir Hüseyn Xanəgahı” nda ağacların əkilməsinə başlanılmışdır.Bunun üçün 180-dan çox yerlər qazılmışdır.100 ədəd zeytun,80-dan çox dekorativ güllər əkilmişdir.Bundan başqa ağacların suvarılması üçün damcı suvarma sistemi quraşdırılaraq istifadəyə verilməsi

nəzərdə tutulmuşdur.Bu da ağacların yaxşı və daimi suvarılması üçün əlverişli vasitədir.

Azərbaycanda yaşıllıq zolaqlarının artırılması üçün il ərzində bir çox adlarda aksiyalar keçirilərək yaşıllıq zolaqları artırılır.Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə 650 min ağac əkilməsi təşəbbüsü ilə yaşıllıq zolağının salınması yaşıllıq zolaqlarının artırılmasına təkan verir.Bizim borcumuzdur ki,yaşıllıqları qoruyaq və onlara zərər vurulmasına imkan verməyək.Çünki,yaşıllıqların artırılması və qorunması canlı varlığın yaşaması deməkdir.

Spread the love