“9 Noyabr Dövlət Bayrağı Günü” dür.

Dövlət bayrağı Azərbaycan dövlətinin suvernliyinin rəmzidir.

Bu gün azərbaycan bayram içindədir.Xalqımız öz tarixi gününü,tarixi bayramını qeyd edir.Bu gün,ölkəmizin və dünyanın uca zirvələrində dalğalanan üç rəngli bayrağımızın, dövlət rəmzi kimi qəbul olunduğu gündür.Buna görə də hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı günü qeyd olunur.

Azərbaycan bayrağı idman və bir çox sahələr üzrə yüksək zirvələrdə dalğalanmaqdadır.Azərbaycan həmişə idman və başqa sahələrdə uğurlara imza atdığı üçün,azərbaycan bayrağı dövlət bayraqları içində ön sıralarda dalğalanmışdır.Bu onu göstərir ki,azərbaycanın uğurları çoxdur.Dövlətimizin uğurları çox olduqca,bayrağımız bir o qədər də yüksəklikdə dalğalanacaqdır.

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurası milli bayraq kimi yaşıl,qırmızı,mavi rənglərdən,ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraqdan ibarət olunması haqqında qərar qəbul edilmişdir.

Ölkə prezidenti İlham Əliyevin sərəncamına əsasən 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması qərara alınmışdır.60 hektar ərazini əhatə edən meydanda Dövlət Bayrağı Muzeyi yaradılmışdır.

Gözəl üç rəngli bayrağımız dünyanın hər yerində olduğu kimi,gözəl Hacıqabulumuzda,”Pir Hüseyn Xanəgahı” nda da dalğalanmaqdadır.

Bu bayram azərbaycanın hər yerində olduğu kimi,”Pir Hüseyn Xanəgahı” nda da qeyd olunmaqdadır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun sözü gedən tədbirin keçirilməsində xüsusi payı vardır.Tədbirlər planına uyğun olaraq,qoruğun ekspozisiya zalında guşə hazırlanmışdır.Bundan əlavə tədbirlər planında qoruğa gələn qonaqlara günün mahiyyəti haqqında məlumatların verilməsi nəzərdə tutulmuşdur.Tədbirlər planına uyğun olaraq 05-09.11.2019. tarixlərində qoruğa gələn ziyarətçilərə günün mahiyyəti haqqında məlumatlar verilmişdir.

09.11.2019. tarixində baş tutmuş tədbirdə Hacıqabul rayon və Şirvan şəhər tam orta məktəbin şagird və müəllim kollektivi və başqa qonaqlar iştirak etmişlər.Tədbidə giriş sözü ilə çıxış edən qoruğun ekskursavodu Yusifli Elmin günün mahiyyəti haqqında ətraflı məlumat vermişdir.Sonra məktəbliləri maraqlandıran suallar həvəslə cavablandırılmışdır.Qoruğun ekspozisiya zalında baş tutmuş tədbirdə iştirak edən məktəblilər guşəni maraqla seyr etmişlər.

Tədbir,xatirə fotoşəkillərinin çəkiləməsi ilə sona çatmış və ziyarətçilərin ekskursiyası davam etmişdir.

“Pir Hüseyn Xanəgahı” tarix-memarlıq

qoruğunun elmi işçisi Zaur Cəfərov

Spread the love