“12 Noyabr Konstitusiya Günü”dür.

Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 24 il ötür.

1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edilmişdir.

1992-ci ildə qəbul olunmuş Konstitusiya,müstəqil Azərbaycanın ilk,ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması üçün Prezident Heydər Əliyevin rəhbərliyi ilə komissiya yaradılmışdır.Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldıqdan sonra,1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur.Müstəqil Azərbaycan Konstitusiyası 5 bölmə,12 fəsil,158 maddədən ibarətdir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası Üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda ənənəyə sadiq qalaraq,tədbirin keçirilməsi üçün hazırlıq işlər görülmüşdür.Bunun üçün tədbirlər planına uyğun olaraq qoruğun ekspozisiya zalında guşə hazırlanmışdır.Bundan əlavə qoruğa gələn qonaqlara günün mahiyyəti haqqında məlumatların verilməsi də nəzərdə tutulmuşdur.

12.11.2019. tarixində baş tutmuş tədbirdə qoruq əməkdaşları ilə yanaşı qoruğa gəlmiş ziyarətçilər də iştirak etmişdir.Keçirilən tədbir yığıncağında günün mahiyyəti haqqında çıxışlar edilmiş və ətraflı məlumatlar verilmişdir.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilmişdir.

Spread the love