“17 Noyabr Milli Dirçəliş Günü” dür

17 noyabr dövlətimiz və xalqımız tərəfindən “Milli Dirçəliş Günü” kimi qeyd edilir.17 noyabr azərbaycan tarixinə bir bayram kimi həkk olunmuşdur.Azərbaycan xalqının hüquq və mənafelərini qorumayan bir rejimə qarşı kütləvi xalq hərakatı,17 noyabrda başlamışdır.70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasının təzyiqlərinə dözməyən xalq,1988-ci il noyabrın 17 də,Bakı şəhəri Azadlıq meydanında toplaşaraq,öz etirazlarını bildirmişlər.Həmin gün,Azərbaycan xalqı birləşərək öz hüquq və mənafelərini qorumayan rejimə qarşı öz sözlərini demiş və dünyaya sübut etmişlər ki,azərbaycan xalqı azad olmağa laiq xalqdır.Bütün bu ədalətsizliklərə və ərazi bütövlüyümüzə şübhəylə yanaşan bu rejimə qarşı,Azərbaycan xalqı 17 noyabrda ayağa qalxmışdır.

Bundan qorxuya düşən imperiya başçıları,noyabrın 24-dən 25-nə keçən gecə Bakıya qoşun yeritmişlər.Lakin xalq bundan qorxmayaraq,geri çəkilməmişdir.Azərbaycanın ərazi bütövlüyünü təmin etmək,sərvətlərimizin talan edilməsini dayandırmaq tələbi ilə mərdlik göstərmişlər.

Buna baxmayaraq,azərbaycan xalqı öz fikrindən dönməyərək,Meydanda Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli,ay-ulduz bayraqlarını dalğalandırmağa nail olmuşdurlar.

Azərbaycan xalqını azadlığa,müstəqilliyə aparan yol,17 noyabrdan və Azadlıq meydanından başlamışdır.Artıq tarix öz sözünü demişdir.Lakin bununla razılaşmayanlar tezliklə laiqli cavablarını alaraq,Azərbaycan yenidən öz müstəqilliyinə qovuşmuşdur.17 noyabr tarixi isə azərbaycan xalqının həm yaddaşında,həm də tarixində bir bayram kimi qalmışdır.17 noyabr xalq tərəfindən “Milli Dirçəliş Günü” kimi qeyd olunmağa başlamışdır.

Azərbaycanın tarixi günlərini qeyd etmək,tarixi yaşatmaq hərbir vətəndaşın borcudur.Bu məqsədlə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda tədbirlərin keçirilməsi ənənə halına çevrilmişdir.Ənənəyə sadiq qalaraq tədbirin keçirilməsi üçün,tədbirlər planına uyğun olaraq işlər görülmüşdür.16.11.2019. tarixində “17 Noyabr Milli Dirçəliş Günü” ilə əlaqədar tədbir təşkil

edilmişdir.Keçirilən tədbirdə Navahı kənd 1 saylı tam orta məktəbin şagird və müəllim kollektivi və başqa qonaqlar iştirak etmişdir.Tədbirdə giriş sözü ilə çıxış edən qoruğun ekskursavodu Elmin Yusifli tədbir iştirakçılarını salamlayaraq,günün mahiyyəti haqqında geniş məlumat vermişdir.O,öz çıxışında bildirmişdir ki,Azərbaycan torpaqlarına nəinki ermənistan,hətta Sovet imperiyası da göz tikmişdir.Sonra məktəblilər qoruğun ekspozisiya zalında hazırlanmış guşəyə həvəslə baxmışdırlar və onları maraqlandıran suallar həvəslə cavablandırılmışdır.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilmişdir.

Azərbaycan torpaqları dəfələrlə yad ölkələrin zərbələrinə,təziqlərinə məruz qalsada,öz müstəqilliyini yenidən bərpa etmiş və müstəqilliyini qoruyub saxlamışdır.

Nəqədər ki Azərbaycan var,müstəqilliyidə əbədidir.

 

“Pir Hüseyn Xanəgahı” tarix-memarlıq

qoruğunun elmi işçisi Zaur Cəfərov

Spread the love