Mədəniyyət nazirinin müavini “Pir Hüseyn Xanəgahı” nda olmuşdur

17.12.2019-cu il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini Rafiq Bayramov Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” nda olmuşdur.Qoruğun direktoru Məhərrəm Müslümov hörmətli qonağı qarşılayaraq,ona bu möhtəşəm tarixi abidə haqqında geniş məlumat verərək,son zamanlar qoruğda görülmüş işlər barəsində geniş məlumat vermiş,qoruğun gündəlik qayğılarını hörmətli Nazir müavininin diqqətinə çatdırmışdır.Sonra Nazir müavini qoruq ərazisini gəzmiş,problemlərlə yerində tanış olaraq öz tapşırıq və tövsiyələrini bildirmişdir.Cənab Rafiq Bayramov bildirmişdir ki, “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğu həmişə Mədəniyyət Nazirliyinin diqqətindədir.
Sonda hörmətli  Nazir müavini qoruğun kollektivi ilə xatirə fotoşəkilləri çəkdirmişdir.

Spread the love