“ 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi , 1 Yanvar Yeni İl Bayramı “ günüdür.

Bu gün “ 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür.

Hazırda dünyanın müxtəlif ölkələrində 50 milyondan çox azərbaycanlının yaşadığı bildirilir.”Dünya Azərbaycanlılarının Həmrəyliyi” gününün əsası 1989 – cu il dekabrın sonlarında , Naxçıvanda sərhədlərin açılması zamanı qoyulmuşdur.

İstabulda keçirilən Dünya Azəri Türk Dərnəyinin birinci qurultayında , 31 dekabrın azərbaycanlıların həmrəyliyi günü kimi qeyd olunmasına dair qərar verilmişdir.

Bu gün Azərbaycan Respublikası növbəti dövlət bayramını qeyd edir.Bu bayram dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur.Bu bayramın qeyd olunmasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “ Pir Hüseyn Xanəgahı “ tarix – memarlıq qoruğunun xüsusi payı vardır.Sözü gedən tədbir hər il olduğu kimi bu il də,”Pir Hüseyn Xanəgahı “ nda təntənə ilə qeyd olunmuşdur.Təşkil olunmuş tədbir yığıncağında bu günün mahiyyəti haqqında geniş məlumat verilmişdir.

Əziz azərbaycan xalqı və həmvətənlər , sizləri “ 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü “ və “ Yeni İl “ münasibətilə Hacıqabul rayon “ Pir Hüseyn Xanəgahı “ nın kollektivi adından təbrik edir,uzun ömür,möhkəm can sağlığı, işlərinizdə müvəffəqiyyətlər arzu edirik.

Bayramınız mübarək!

Spread the love