“ Açıq Kitabxana “

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda tədbirlərin keçirilməsi ənənə halını almışdır.Sözü gedən qoruq növbəti tədbirə ev sahibliyi etmişdir.09.01.2020-ci il tarixində Hacıqabul rayon Rəncbər kənd Kitabxanasının və qoruğun təşkilatçılığı ilə Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” nda “Açıq Kitabxana” layihəsi keçirilmişdir.15:00-da baş tutmuş layihədə mədəniyyət işçiləri ilə yanaşı, qoruğa gəlmiş ziyarətçilər də iştirak etmişdir.Keçirilən layihədə Cəlil Məmmədquluzadənin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin, Cəfər Cabbarlının və.s. dahi şairlərin kitabları sərgilənmişdir.Açıq səma altında baş tutmuş layihəni giriş sözü ilə açan kitabxananın müdiri Almaxanım yığıncaq iştirakçılarını salamlayaraq, kitabların insan həyatında olan rolundan geniş söz açmışdır.O, sərgilənən dahi şairlərin kitabları haqqında geniş məlumat vermişdir.

Qeyd edək ki, belə tədbirlər “Pir Hüseyn Xanəgahı” nda vaxtaşırı keçirilir.

Spread the love