18 may Beynəlxalq Muzeylər günüdür

 Hər il olduğu kimi bu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda “Beynəlxalq Muzeylər günü” ilə əlaqədar YUNESKO-nun Beynəlxalq Muzeylər Şurası tərəfindən tövsiyə olunmuş “Muzeylər və mübahisəli tarixi məqamlar, muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusunda silsilə tədbirlər keçirilmişdir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 1597/02 № li, 16.05.17-ci il tarixli əmri ilə 18 may Beynəlxalq Muzeylər günü” münasibətilə 18, 19, 20 may tarixlərində qoruğumuzda “Açıq Qapı” günləri keçirilmişdir. Bu müddət ərzində qoruğumuzda keçirilən “Açıq Qapı” günlərində Şirvan şəhər Tarix-Diyarşünaslıq muzeyinin kollektivi, Şirvan Dövlət İqtisadiyyat və Humanitar kollecinin tələbələri, Şirvan şəhər 16, 18 saylı məktəblərinin,  Navahı kənd tam orta məktəbinin, Sabirabad rayonu Qaragüney kənd orta məktəbinin, Qaradağ rayonu Ələt qəsəbəsinin 127 saylı orta məktəbinin şagirdləri, Hacıqabul rayon 3 saylı orta məktəbinin müəllim kollektivi, eləcə də Rusiya Federasiyasının vətəndaşı Viktor Çaykun iştirak etmişdir. Gələn qonaqlara və ekskursiyaçılara bu günün mahiyyəti haqqında ətraflı məlumat verilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.

Hər il may ayının 18-ni dünya ictimaiyyəti Beynəlxalq Muzeylər günü kimi qeyd edir. Bu gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının 11-ci konfransında Sovet nümayəndə heyətinin təklifi ilə təsis edilmişdir. 1978-ci ildən etibarən bu bayram hər il 150 ölkədə qeyd olunur.

“Muzey” yunan sözü olub, “muzalar məbədi” deməkdir. Muzalar qədim yunan mifologiyasında incəsənət və elm ilahələri hesab olunurdular. Sonralar maddi və mənəvi mədəniyyət abidələrini komplektləşdirən, saxlayan, nümayiş etdirən, tədqiq və təbliğ edən elmi müəssisələr bu adla adlandırılmışdır.

Azərbaycanda muzey işinin tarixi çox da qədim deyil. XX əsrin əvvəllərində Bakı ticarət məktəbi nəzdində Sənaye, Xalq məktəblərinin Bakı-Dağıstan müdriyyəti nəzdində Pedoqoji, Rus texniki cəmiyyəti Bakı şöbəsi nəzdində Texniki muzylər fəaliyyət göstərmişdir. İlk milli muzeyin yaradılması isə Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlıdır. 1919-cu il dekabrın 7-də “İstiqlal” muzeyi fəaliyyətə başladı. Muzeydə tariximizi, milli-mənəvi dəyərlərimizi əks etdirən eksponatlar – məişət əşyaları, silahlar və əlyazmalar toplanmışdı.

Sovet hakimiyyəti illərində Respublikada muzey şəbəkəsi daha da genişlənmişdi: Nizami adına Ədəbiyyat muzeyi, L. Kərimov adına Azərbaycan xalçası və Xalq Tətbiqi Sənət Dövlət Muzeyi, Azərbaycan Tarixi muzeyi, Xalq Maarifi muzeyi, əksər rayon və şəhərlərdə tarix, diyarşünaslıq muzeyləri, elm və mədəniyyət xadimlərinin ev muzeyləri və s. Bu qəbildəndir. İftixar hissi ilə qeyd olumalıdır ki, Azərbaycan Xalçası və Tətbiqi Sənət Dövlət Muzeyi dünyada yeganə belə muzeydir. Bu muzey həm də Azərbaycanda yeganə muzeydir ki, öz virtual muzeyi vardır.

 

 

 












Spread the love