Azərbaycan Respublikasında 2020-ci il “Könüllülər ili”elan edilmişdir.

Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli

Sərəncamına  əsasən 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili”elan edilmişdir.

Könüllülük fəaliyyəti haqqında verilən sərəncama uyğun olaraq Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğu  tərəfindən 18-25 yaşlı tələbə və ya ali təhsilli istedadlı,xarici dil bacarıqları olan,kreativ düşüncəli,ictimai fəaliyyətdə aktiv olan gənclər qoruqda təşkil olunacaq “Könüllülük”proqramında iştiraka dəvət edilir.

Təşkil olunacaq proqramı uğurla başa vuran gənclər qoruq rəhbərliyi tərəfindən sertifikatla

təltif ediləcək və xüsusi fərqlənən gənclər qoruğun ehtiyat kadrları kimi  qeydiyyata alınacaqlar.

Maraqlananlar Xanəgahın elmi işlər şöbəsinə müraciət edə bilərlər.

Sərəncamı yüklə

Spread the love