“Pir Hüseyn Xanəgahı” nda “Yanğın təhlükəsizliyi,ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və dəm qazından zəhərlənmələrdən qorunmaq” haqqında təlimatlar keçirilmişdir.

16.01.2020-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda “Yanğın təhlükəsizliyi,ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və dəm qazından zəhərlənmələrdən qorunmaq” haqqında təlimatlar keçirilmişdir.Təlimat, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Muğan Regional Dövlət Yanğından Mühafizə Xidmətinin böyük inspektoru, daxili xidmət mayoru Arzu Umudov və inspektor, daxili xidmət baş Leytenantı Murad Bəşirovun iştirakı ilə keçirilmişdir.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Muğan Regional Dövlət Yanğından Mühafizə Xidmətinin böyük inspektoru, daxili xidmət mayoru Arzu Umudov yanğın təhlükəsizliyi,ilkin yanğınsöndürmə vasitələrindən düzgün istifadə edilməsi barəsində təlimatlar vermişdir.O, görünməz kabusa çevrilmiş dəm qazından əmələ gələn zəhərlənmələrdən geniş söz açmışdır.Daha sonra Arzu Umudov ilkin yanğınsöndürmə vasitələrindən istifadə edilmə qaydasını əyani olaraq birdaha qoruq kollektivinə göstərmişdir.Qeyd edək ki,  Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Muğan Regional Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının “Pir Hüseyn Xanəgahı” nda keçirdiyi ilk təlimat deyil.Vaxtaşırı keçirilən təlimatlarda qoruq əməkdaşları böyük şücaətlə iştirak edirlər.
Sonda qoruğun direktoru Məhərrəm Müslümov belə təlimatların keçirilməsinə görə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Muğan Regional Dövlət Yanğından Mühafizə Xidmətinin böyük inspektoru, daxili xidmət mayoru Arzu Umudova və inspektor, daxili xidmət baş Leytenantı Murad Bəşirova öz minnətdərlığını bildirmişdir.

Spread the love