Hacıqabul rayonu “Pir Hüseyn Xanəgahı” tarix – memarlıq qoruğunun, Rəncbər kənd Mədəniyyət evi və Rəncbər kənd Kitabxanasının birgə təşkilatçılığı ilə “Gənclər günü” adlı tədbir keçirilmişdir.

Gənclər günü 1997-ci il 2 fevral tarixində Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.

Bu sərəncam, mərhum prezidentimiz Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı.

Yuxarıda da qeyd edildiyi kimi bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşmış, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm vermiş, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirmiş ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxıb.Bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust – Beynəlxalq Gənclər Günü elan edilib. Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bütün dünyaya nümunə olacaq daha bir addım atmış – bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edmişdir.

Bu gün gənclərimizə qayğı bir ənənə halını almışdır. Ümummilli lider Heydər Əliyev irsinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən gənclərə xüsusi diqqət göstərilir

Prezident İlham Əliyev Ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Ənənəyə sadiq qalaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda da Gənclər günü münasibətilə tədbir keçirilmişdir. Tədbirlər planına uyğun olaraq,Qoruğun ekspozisiya zalında “Gənclər günü”nə həsr edilmiş guşə hazırlanmışdır. Bu günlər ərzində qoruğa gəlmiş ekskursiyaçılara ,məktəblilərə günün mahiyyəti barədə məlumatlar verilmiş, dövlətmizin gənclər siyasətindən geniş söhbət açılmışdır .

Eləcədə Gənclər günü ilə əlaqədar 29 yanvar 2019- cu il tarixində Hacıqabul rayonu “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğu, Rəncbər kənd Mədəniyyət evi və Rəncbər kənd Kitabxanasının birgə təşkilatçılığı ilə “Gənclər günü” adlı tədbir təşkil etmişdir. Tədbir Rəncbər kənd kitabxanasında baş tutmuşdur. Tədbirdə çıxış edən “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun böyük elmi işçisi İsmayılov Mirislam, gənclər gününün mahiyyəti barədə, Azərbaycanda böyük uğurla həyata keçirilmiş və keçirilməkdə olan gənclər siyasəti barədə tədbir iştirakçılarını ətraflı şəkildə məlumatlandırmışdır. Sonda tövsiyə olaraq, hər bir Azərbaycan gəncinin öz yolunu Müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməli olduğun vurğulamışdır.

Daha sonra Rəncbər kənd Kitabxanasının direktoru İbrahimova Alma xanım geniş məruzə ilə çıxış etmiş və tədbiri sonlandırmışdır. Sonda tədbir iştirakçıları çay süfrəsinə qonaq edilmiş və xatirə fotoşəkilləri çəkilmişdir

Spread the love