“26 FEVRAL XOCALI FACİƏSİNİN 28-Cİ İLDÖNÜMÜDÜR”

Hər il olduğu kimi, bu ildə, Azərbaycanda “26 Fevral Xocalı Faciəsi” günü qeyd edilməkdədir.Azərbaycanın hər yerində, dünyanın bir çox ölkələrində “Xocalı Faciəsi” qeyd edilir, xocalı şəhidlərinin ruhuna dualar oxunur.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri nəinki azərbaycan xalqına, hətda Azərbaycanın mədəniyyətinə, tarixi abidələrinə də ciddi ziyanlar vurmuşdur.Artıq, “Xocalı Faciəsin” dən 28 il ötür.Bu günü biz unutmadıq və unutmayacağıq.Azərbaycan xalqı “Xocalı Faciəsi” nin 28-ci ildönümünü qeyd edir və şəhidlərini yad edir.

“Pir Hüseyn Xanəgahı” nda tədbirlərin keçirilməsi ənənə halını almışdır.Tarixi günlərin qeyd olunmasına həssas yanaşan qoruq kollektivi, ”26 Fevral Xocalı Faciəsinin 28-ci ildönümü” nün qeyd olunması üçün xeyli işlər görmüşdür.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda da tədbirin keçirilməsi nəzərdə tutulmuşdur.Bu məqsədlə tədbirlər planı və guşə hazırlanmışdır.

25.02.2020-ci il tarixində “Pir Hüseyn Xanəgahı” nın və Rəncbər kənd Kitabxanasının birgə təşkilatçılığı ilə qoruqda “Xocalı Faciəsinin 28-ci ildönümü” qeyd olunmuşdur.Qoruğun ekspozisiya zalında baş tutmuş tədbirdə, mədəniyyət işçiləri ilə yanaşı, qoruğa gəlmiş ziyarətçilər, müharibə veteranları və kənd ziyalıları iştirak etmişdir.

İlk öncə Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilmiş, ruhlarına dualar oxunmuşdur.Sonra, tədbiri giriş sözü ilə açan qoruğun direktoru Məhərrəm Müslümov Xocalı faciəsi haqqında geniş məruzə ilə çıxış etmişdir.Sonra Qubalıbaloğlan kənd bələdiyyəsinin sədri Mircəfər Əsgərov çıxış edərək, birinci Qarabağ savaşında Qubalıbaloğlan kənd şəhidlərinin xatirəsini yad etmişdir.Daha sonra Rəncbər kənd Mədəniyyət evinin bədii rəhbəri İbrahimov Natiq və müharibə veteranları mövzu ətrafında çıxışlar etmişdirlər.

Tədbirin sonunda yığıncaq iştirakçıları “Xocalı Faciəsi” haqqında qısametrajlı videoçarxa baxmışdırlar.

Tədbir, xatirə fotoşəkillərinin çəkilməsi ilə sona çatmışdır.

Allah Şəhidlərimizə rəhmət etsin

Spread the love