“Azərbaycanın mədəni marşurutlar potensialı” mövzusunda Respublika müşavirəsi keçirilmişdir.

28-29 fevral 2020-ci il tarixdə Bakı şəhəri Beynəlxalq Muğam Mərkəzində “Azərbaycanın mədəni marşurutlar potensialı” mövzusunda respublika müşavirəsi keçirilmişdir.

Müşavirənin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət Naziri Cənab Əbülfəs Qarayev Azərbaycanın mədəni marşurutlar potensialı haqqında müşavirə iştirakçılarına geniş məlumat vermiş və bu marşurutların ayrı-ayrı bəndləri haqqında öz tövsiyyələrini bildirmişdir.Daha sonra çıxış edən Avropa Şurasının Demokratiya üzrə Baş Direktorluğunun Avropa Şurasının Mədəni Marşurutların Sahəvi İnkişafı Sazişi üzrə Katibliyinin rəhbəri,Mədəni Marşurutlar üzrə Avropa İnistitunun direktoru Stefano Dominioni çıxış edərək Azərbaycan-Avropa mədəni marşurutlar potensialının iş birliyinin prespektivindən geniş məruzə ilə çıxış etmişdir.Sonra isə 28-29 fevral tarixlərində tədbir panel proqramları səviyyəsində davam etdirilərək Azərbaycanın Mədəni Marşurutlar potensialı barəsində fikir mübadilələri aparılmışdır.

Tədbirdə qoruğumuzu direktor Məhərrəm Müslümov təmsil etmişdir.

 

Spread the love