Hacıqabul Rayon Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğu işçilərinin hüquqları və vəzifə borcları

Böyük Elmi işçi

Əmək funksiyası : Müstəqil mövzuların tədqiqi zamanı iş qrupuna həmçinin mövzunun bir hissəsini (bölmə, mərhələ) təşkili işlərini elmi rəhbərliyi həyata keçirir, daha mürəkkəb məsul iş icraçı kimi elmi tədqiqatla məşğul olur. Tədqiqat işlərinin aparılması praqnozlarını və metodiki proqramlarını işləyib hazırlayır. Mövzu elmi texniki məlumatların toplanmasını və öyrənilməsini təşkil edir, məlumatları təcrübə və müşahidələrin nəticələrinin təhlilini verir və ümumiləşdirmələr aparır. Rəhbərliyi altında işləyən əməkdaşların nəticələrin düzgünlüyünü yoxlayır. Kadrların ixtosaslarının artırılma iştirak edir. Aparılmış tədqiqatların və işlənmə üsullarının nəticəsin tədbiq edir.

Bilməlidir. Aparılmış tədqiqatların və işlənmə üsullarının tema üzrə problemləri ; müvafiq elm və texnika sahələrini ; müvafiq məsələlər üzrə ölkədə və xaricdə olan məlumatları; tədqiqat və işlənmənin üsulu təcrübə və müşahidələr aparılmasını müasir metodlarını proqnozlaşdırma və texniki vasitələri kompüterdən istifadə edərək müvafiq istehsalat sahələrinin iqtisadiyyatının əsaslarını və əməyin elmi təşkilini ; əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri :

12- ci dərəcə : ali təhsil və 4 ildən az olmayaraq ixtisası üzrə əmək stajı, yaxud elmlər namizədi alimlik dərəcəsi ;

13-cü dərəcə: ali təhsil və 7 ildən az olmayaraq ixtisası üzrə əmək stajı, yaxud elmlər namizədi alimlik dərəcəsi və 2 ildən az olmayaraq əmək stajı ;

14- cü dərəcə: ali təhsil və 10 ildən az olmayaraq ixtisası üzrə əmək stajı, yaxud elmlər namizədi alimlik dərəcəsi və 3 ildən az olmayaraq əmək stajı, yaxud elmlər doktoru alimlik dərəcəsi olduqda.

Elmi işçi

Əmək funksiyası. Mövzunun müəyyən bir bölməsi (mərhələsi, tapşırığı) üzrə məsul icraçı kimi elmi tədqiqat və hazırlıq işləri ilə məşğul olur, yaxud elmi rəhbərlə birlikdə mürəkkəb təcrübələri və müşahidələri həyata keçirir, ölkədəki və xaricdəki qabaqcıl elmi-texniki informasiyaları, təcrübə və müşahidələrin nəticələrini toplayır, təhlil edir və ümumiləşdirir. Tədqiqat və onun işlənməsi planlarının və metodiki proqramların hazırlanmasında, onların nəticələrindən təcrübədə istifadə üçün tövsiyələrin verilməsində iştirak edir. Mövzuya, yaxud onun bölməsinə dair hesabatı tərtib edir. Elmi tədqiqat nəticələrinin həyata keçirilməsində iştirak edir.

Bilməlidir : aparılan tədqiqat və işlənmələrin məqsəd və vəzifələrini; bu tədqiqat və araşdırmalar sahəsində ölkədə və xaricdə olan informasiyaları ; tədqiqat və işlənmə üsullarını, proqnozlaşdırma müasir təcrübə və müşahidələrin aparılmasını, informasiyaların təhlili və ümumiləşdirilməsini, o cümlədən kompüter texnologiyasının tədbiqi ilə tədqiqatın müasir metod və vasitələrini, əməyin elmi təşkilinin əsaslarını, əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri :

10- cu dərəcə : ali təhsil və 2 ildən az olmayaraq ixtisası üzrə əmək stajı

11-ci dərəcə : ali təhsil və 3 ildən az olmayaraq ixtisası üzrə əmək

12- ci dərəcə : ali təhsil və 4 ildən az olmayaraq ixtisası üzrə əmək stajı, yaxud elmlər namizədi alimlik dərəcəsi olduqda.

 

Elmi işçinin hüquq və vəzifə borcu.

Mütəxəssislərlə daimi təmasda olur,daimi və səyyar ekspozisiyalarını yazır,eksponatların etiketajlarının düzgün tərtibatına nəzarət edir,kütləvi informasiya vasitələrində elmi məqalələrlə çıxış edir.

Qoruğun daxili ehtiyaclarına cəlb edilir.

Müəyyən edilmiş kollektivlərə əsasən mühazirə və ekskursiyalar aparır.

Bilməlidir : Ekspozisiya işinin problemlərini,nəzəri və təcrübü təbliğatın əsaslarını,ekspozisiya işinin yeniliklərini öyrənir.Qoruq ekspozisiyasının təkminləşməsində,tematik planların hazırlanmasında iştirak edir.

 

Təsərrüfat müdirinin hüquq və vəzifə borcu

Təsərrüfat xidməti işlərinə rəhbərlik edir.Təsərrüfat avadanlıqlarının qorunub saxlanılmasının,onların bərpa olunması və artırılmasını təmin edir.Qoruğun inzibati binası və ərazisində təmizliyə riayət edir.Otaqlarda,həyətdə,yeməkxana və baxçada sanitar-gigieniya vəziyyətinin və qayda-qanunları təmin edir.

Qoruğun binasının vaxtında təmir olunmasını,onun avadanlıqla,inventarla və matreallarla təhciz olunmasını təmin edir.

Ofisin dəftərxana ləvazimatı və təsərrüfatda işlənən əşya və inventarla təmin edir.Texniki xidmət heyətinin işinə rəhbərlik edir.

Bilməlidir : Təsərrüfat xidməti üzrə işlərin yerinə yetiriliməsinin təşkilini, xidməti heyətinin əməyinin mexanikləşdirilməsi və tiklilərin istismar olunması qaydalarını,əməyin elmi təşkilinin əsaslarını,daxili əmək intizamı qaydalarını,əmək qanunvericiliyinin,əməyin mühafizəsi,texniki təhlükəsizlik,istehsalat sanitariyasını, yanğından mühafizə qaydalarını və normalarını.

 

Baş mühəndisin hüquq və vəzifə borcu.

Qoruqlarda baş mühəndis iş təcrübəsinə malik ali təhsilli memar olmalıdır.O,qoruqda olan tikililərin,qurğuların və müəyyən abidələrin layihəsini,tikiliş formasını,lazım gəldikdə bərpa üsullarını bilməlidir.Abidələrin memarları,onların iş üslubları,hansı memarlıq məktəbinə malik olması haqqında dəqiq məlumatları olmalıdır.

Baş mühəndis qoruq direktorunun müavini sayılır.Qoruq ərazisinin səliqə-səhmanına,işçilərin işə davamiyyətinə,işin gedişinə,iş bölgüsünə nəzarət edir.Əgər qəza vəziyyəti baş verirsə,dərhal aidiyyatı orqanlara məlumat verir və oradan qaldırmaq yollarını axtarır.O,ərazidə olan yeni abidələrin xəritələşməsinə və pasportlaşmasına nəzarət edir.Mətbuatda vaxtaşırı çıxışlar edir.

Bilməlidir : qoruqda olan tikintiləri tikinti texnologiyasını elmi texniki tərəqqinin yeniliklərini,qoruqda təhlükəsizlik və yanğından mühafizə qaydalarını,qoruğun daxili nizam-intizam qaydalarını, işçilərin təhvil-təslim aktlarının tərtibatını və s.

 

Baş fond mühafizəçisinin hüquq və vəzifə borcu.

Vəzifə borcu.Qoruq ekspozisiyasında yerləşən qoruq fondlarının mühafizəsini təmin edir.Qoruq fondlarının tam uçotunu, eksponatların elmi təsvirini (pasportlaşdırılmasının) verilməsini təşkil edir.Fond xəzinəsini lazımi qoruq təchizatı ilə təmin edir.Mühafizə rejiminə nəzarət edir.Bərpaya ehtiyacı olan eksponatların aşkar edilməsi işini təşkil edir.Qoruq fondlarının mühafizəsi və uçotunu daha da mükəmməlləşdirə, bərpa işlərini təkmilləşdirə bilən tədbirlər hazırlayır,bərpa işləri aparılması cədvəlini hazırlayır.Lazımi material alınması üçün vaxtında ərizə yazılmasını təşkil edir.Fondların uçotu ilə mühafizənin təşkili üsullarını müəyyənləşdirən, müəssisə təşkilatların ərizəsi əsasında sərgi ekspozisiyaları üçün qoruq eksponatlarının verilməsi, həmçinin fond xəzinəsinə gələnləri buraxma qaydalarını işləyib hazırlayır.Fond materiallarının icmalını, metodik tövsiyyələri nəşrə hazırlayır.Elmi-tədqiqat işi aparır,qoruq işçilərinin müşavirə, seminarlarında mühazirə və məruzələrlə çıxış edir,məsləhətlər verir.İşçilərin istehsalat və əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydasına riayət olunmasına nəzarət edir. Uçot ilə müəyyənləşdirilmiş hesabatı təşkil edir.

Bilməlidir: Qoruq işi üzrə yuxarı orqanları rəhbər materiallarını:qoruq fondlarının uçot və mühafizəsi qaydasını, fond xəzinəsinin təchizatını : yerli və xarici qoruqların qabaqcıl iş təcrübəsini, əməyin mühafizəsini, təhlükəsizlik və yanğından mühafizə texnikasını.

 

Direktorun hüquq və vəzifə borcları

6.4.1.Qoruğu bütün idarə,təşkilat və müəssisələrdə etibarnaməsiz təmsil edir;

6.4.2.Qoruğun işçilər arasında vəzifə bölgüsünü aparır,onları mükafatlandırır, intizam məsulyyətinə cəlb edir,əmək və icra intizamına nəzarət edir və onlara etibarnamələr verir;

6.4.3.Öz səlahiyyətləri daxilində əmr və sərəncamlar verir;

6.4.4.Qoruğun illik və perspektiv iş planlarını tərtib olunmasını təmin edir,elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə və Qoruq ərazisində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən tətbiq olunmuş xüsusi rejimə əməl edilməsi üçün tədbirlər görür;

6.4.5.Müəyyən olunmuş qaydada ştat cədvəlinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təkiliflər verir.

Qoruq haqqında əsasnaməyə əsasən direktor Qoruğu bütövlükdə fəaliyyətinə cavabdehdir,rəhbərlik edir Xalqın ideya-siyasi və mənəvi tərbiyəsi məqsədilə qoruğa gələnlərə elmi-mədəni,estetik görüşlərin formalanmasına kömək üçün elmi-kütləvi maarif işini təşkil edir.

Qoruq işinin prespektivi cari planlarını təsdiq edir.Müəyyənləşdirilmiş qaydada elmi əlaqələri,yerli və xarici qoruqlarla sərgi mübadiləsini təşkil edir.

Qoruğun fondunun təkmilləşdirilməsi,onların öyrənilməsi və mühafizəsini təmin edir. Qoruq fondlarının qeydiyyatı,xüsusi təchizatlı fond xəzinələrində onların yerləşdirilməsini,həmçinin bərpa təşkil edir.

İctimai təşkilatlar,müəssisələr,idarələr,təhsil ocaqları və digər təşkilatlarla daimi əlaqə saxlayır,qoruğu ixtisaslı kadrlarla təmin edir.Qoruq işçilərinin yaradıcı təşəbbüslərinin inkişafına onların ixtisaslarının artırılmasına kömək edir.

Rəhbərliyin iqtisadi və inzibati üsullarının,işin daha da yaxşılaşması üçün maddi və mənəvi amillərinin düzgün uyğunlaşdırılmasını təmin edir.Pul vəsaitinin düzgün xərclənməsini və qoruq əşyalarının qorunub saxlanmasını da təmin edir.Qeydiyyat və hesabatı təşkil edir.

Bilməlidir : hökümətin iqtisadi və sosial inkişafın əsas istiqamətlərin; yuxarı orqanların qoruq işi üzrə qərar təklif,fərman və başqa sənədlərini; qoruq fondlarının qeydiyyatı və qorunması,qoruq elmi-tədqiqat,elmi-təbliğat,ekspozisiya-sərgi, metodik, bərpa və nəşiriyyat işlərinin aparılması üsullarının; yerli və xarici qoruqların qabaqcıl iş təcrübəsini,iqtisadiyyatın,əməyin idarəsinin təşkilinin əsaslarının; zəhmət haqqının ödənilməsinin qüvvədə olan sistemlərinin və maddi stimullaşdırılmanın formalarının, əmək qanunvericiliyinin əsaslarını,əməyin mühafizəsi; təhlükəsizliyin texnikası və yanğından mühafizənin əsasları.

 

Mühafizəçinin vəzifə borcu.

Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğunun

ƏSASNAMƏSİ

Ümumi müddəalar.

6.5.

Qoruq mühafizəçilərinin vəzifələri aşağıdakılardır:

6.5.1.İnventar kitabına əsasən ona tapşırılmış tarix və mədəniyyət abidələrinin mühafizəsinə cavabdehdir;

6.5.2.Qoruq abidələrinin toxunulmazlığının təmin edilməsi üçün müxtəlif təsvirlər və yazıların aparılmasına,razılıq olmadan qoruğun sərhədləri daxilində abidələrdən istifad olunmasına,ərazisində od qalanmasına,müxtəlif məclislərin keçirilməsinə yol verməməli,üzərində tarixi yazılar,ornament,relyef və qayaüstü təsvirlər olan daşlara xüsusi diqqət yetirməli,abidədə olan dəyişikliklər,dağıntı və söküntülər,habelə ondan qanunsuz istifadə olunması barədə rəhbərliyə və müvafiq orqanlara xəbər verməli,abidənin mühafizəsi zonasında müxtəlif tikinti,torpaq və kənd təsərrüfatı,icazəsiz arxeoloji qazıntı işlərinin aparılmasına ərazidə yeraltı,yerüstü partlayış işlərinə,abidələrin özbaşına ölçülməsinə,onlarda olan bədii təsvirlərin surətlərinin çıxarılmasına icazə verməməlidir.

6.6.Qoruq mühafizəçiləri respublikanın rayon və şəhərlərində abidələrin mühafizəsinə və istifadəsinə dair keçirilən bütün seminar və yığıncaqlarda iştirak edə,mədəniyyət işçilərinin təkmilləşdirmə kurslarında təhsil və təcrübə mübadiləsi keçə bilərlər.

Ona tapşırılmış ekspozisiya və əşyaların xarab olma və oğurlanmadan mühafizə edir. Ona tapşırılmış ekspozisiya və əşyaları siyahı üzrə yoxlayaraq növbətçi əməkdaşa təhvil verir.Ona tapşırılan ərazinin və inventarların təmizliyini təmin edir.Qoruğa gələnlərin qoruğda davranış qaydalarını və onun iş rejimini pozmamalarına diqqət edir.

Spread the love