18 oktyabr Müstəqillik günüdür.

 

 

 

 

Azərbaycan tarixinin ən mühüm günlərindən biri 18 oktyabrda qeyd olunur.

XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir.

1991-ci ilin bir payız günü qızğın müzakirələrdən sonra “Azərbaycan dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bununlada Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.

1991-ci il… Meydanlar kükrəyirdi. Azadlığın yaxınlaşdığını duyan xalq öz əzəli və əbədi arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirmək üçün hər şey hazır idi. Bu xalq meydan hərəkatında bərkimiş, Yanvar qırğınını görmüşdü.

Müstəqilli elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı.

İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heş bir narahatçılğı yoxdur. Müstəqilliyi taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkiçaf etdirilir. Dövlətçiliyin möhkəmləndğdirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə diqqət verilir.

Azərbaycan bu gün hə siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılğı olmadan həyata keçirilir. “Əsrin müqaviləsi”çərçivəsində reallaşan “Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri artıq neftimizi dünya bazarına çıxarır. Bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm də xalqımızın daha firavan yaşamasında mühüm rol oynayır.

Bir sözlə əgər müstəqillik Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə Azərbaycanın müstəqilliyi, əbədiliyi və dönməzliyi ümummili lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır. Məhz dövlət müstəqilliyi Heydər Əliyev faktı yeni və qlobal dünyada ölkələrin yerini müəyyənləşdirdi. Azərbaycanın dünyaya, dünyanın Azərbaycana gərəkli olduğunu sübut etdi.

Bu gün ilə əlaqədar Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğuna gələn ekskursiyaçılara ətraflı şəkildə məlumat verildi və onları maraqlandıran suallar cavablandırıldı.

Müstəqilliyimizin necə çətin və keşməkeşli yollardan keçdiyini unutmamalıyıq və onun əldən getməməsi üçün əlimizdən gələni etməyə borclu olduğumuzu bilməliyik.

18 oktyabr Müstəqillik günü münasibətilə hər birinizi təbrik edirik! 

 

 

 

 

Spread the love