9 noyabr Bayraq günüdür.

Azərbaycan Respublikasının rəsmi simvollarından biri Azərbaycan Respublikasının bayrağıdır.Bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 5 fevral 1991-ci ildə bayraq həmin ildə müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının  Ali Soveti tərəfindən təsdiq edilmişdir.

Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Bayraq üçrəngli parçadan ibarətdir. Bayraq bərabər enli üç üfüqi zolaqdan (yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir) ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın göy rəngi türkçülüyü, qırmızı müasir azadlıq ideologiyasını, yaşıl rəng isə islamçılığı tərənnüm edir.

Azərbycan Xalq Cümhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında demişdi: “Bizim qaldırdığımız bayrağın üç rəngi : türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarınını simvoludur”.

Fətəli xan Xoyski öz nitqində ulduzun guşələrinin sayının 1918-ci ildə keçmiş əlifba ilə yazılan Azərbaycan sözünə işarə olduğunu bildirib. Bəzi iddialara görə 8 oğuz tayfasının birləşməsi (azərbaycanlılar, osmanlılar, çağataylar, tatarlar, qazaxlar, qıpçaqlar, səlcuqlular və qırğızlar) ulduzun 8 guşəsində əks edilib.

Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

Bayramımız mübarək!

Spread the love