12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günüdür.

     Bu gün ümummilli lider Heydər Əliyevin anım günüdür.Bu gün münasibəti ilə Hacıqabul rayon Pir Hüseyn Xanəgahı tarix-memarlıq qoruğunda guşə hazırlanaraq tədbir təşkil edilmişdir.Tədbirin giriş sözünü,qoruğun Elmi işçisi Zaur Cəfərov ümummilli lider Heydər Əliyevin həyatı haqqında,qoruğun bələdçisi Məlahət Bağırova isə qoruq haqqında ətraflı məlumat verdilər.Tədbirin sonunda xatirə fotoşəkilləri çəkildi.

     Azərbaycan xalqının tarixi məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər,görkəmli siyasət və dövlət adamları çox olmuşdu.Bunlar zaman-zaman gördükləri işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar.Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lider adını qazanmış görkəmli dövlət xadimi,dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır.Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir.Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır.Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi,milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır.Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil,keçmiş ittifaq səviyyəsində,hətta Qərb miqyasında sözünün keçəri olan lider idi.

     Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən,daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış,inkişafına nail olmuş,müstəqilliyini əbədi və dönməz etmişdir.1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev siyasət aləmində çox güclü,səriştəli və təcrübəli dövlət xadimi kimi qısa bir müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaratmışdı.Bakı-Tiblisi Ceyhan neft,Bakı-Tiblisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.

     Bu siyasətin davamçısı,varisi cənab İlham Əliyevdir.Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti irəliləyir və yaşayır.

 

 

 

 

Spread the love