Təcrübə mübadiləsi

Bu gün Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Şirvan şəhərində yerləşən Əlahiddə Xilas Etmə Taboru,Hacıqabul rayon Pir Hüseyn Xanəgahı tarix-memarlıq qoruğunda və Hacıqabul rayon Qubalı-Baloğlan Türk Şəhidliyində təcrübə mübadiləsində olmuşdu.

İlk öncə,Hacıqabul rayon Pir Hüseyn Xanəgahında baş tutan təcrübə mübadiləsində,qoruğun Bələdçisi İsmayılov İslam qoruq haqqında ətraflı məlumat verdi.

Sonda qoruq ərazisində xatirə fotoşəkilləri çəkildi.

Sonra isə təcrübə mübadiləsi Hacıqabul rayon Qubalı-Baloğlan kəndində yerləşən Türk Şəhidliyində davam etdirildi.Pir Hüseyn Xanəgahı tarix-memarlıq qoruğunun Elmi işçisi Cəfərov Zaur,S.Lalayanın başçılıq etdiyi erməni quldur dəstələri,S.Şaumyanın əmri ilə Azərbaycanda törətdikləri soyqırım barəsində ətraflı məlumat verdi.

Sonda Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Əlahiddə Xilas Etmə Taborunun səlahiyyətli şəxsi Elnur müəllim öz adından,rəhbərlik adından qoruğun direktoru və əməkdaşlarına minnətdarlığını bildirdi.

Sonda xatirə şəkilləri çəkildi.





Spread the love