Xocalı soyqırımı haqqında keçirilən tədbirlər davam edir

Hər il olduğu kimi, bu il də tədbirlər planına uyğun olaraq Xocalı soyqırımının 31-ci ildönümü Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda qeyd edilir. Növbəti tədbir Hacıqabul rayon Rəncbər  kəndində keçirilmişdir. Kənd orta məktəbinin IXb sinif şagirdlərinə qoruq  əməkdaşları Xocalı faciəsinin törədilməsi haqqında geniş  məlumat vermişlər.

Qoruğun böyük elmi işçisi Elmin Yusifli şagirdlərə Xocalıda törədilmiş erməni vəhşilikləri haqqında geniş məlumat verdikdən sonra, qoruğun elmi işçisi Zaur Cəfərov 30 ildən sonra Müzəffər Azərbaycan ordusunun apardığı 44 günlük Vətən  Müharibəsi haqqında və keçirilən qisas əməliyyatları barədə məktəblilərə geniş məlumat vermişlər.

Daha sonra qoruğun əməkdaşları Naibə Məmmədova və Mədinə Məmmədova şagirdlərə “Pir Hüseyn Xanəgahı” haqqında keçən əsrin əvvəlində Xanəgahda törədilmiş erməni vəhşilikləri barədə geniş məlumatlar vermişlər.

Spread the love